“Bəli, insanlara balıq tutmağı öyrətmək lazımdır”x9d

Hazırda oxunan: “Bəli, insanlara balıq tutmağı öyrətmək lazımdır”x9d

124487
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin ünvanlı dövlət sosial yardımının verilməsində yeni yanaşmanın tətbiqinə dair təklifi insanlar tərəfindən birmənalı qarşılanmadı. Deputat məsələ ilə bağlı  növbəti dəfə açıqlama verərək, bəzilərinin onu səhv başa düşdüyünü vurğuladı. Qeyd etdi ki, o, təklif irəli sürməyib, yalnız dünya ölkələrində göstərilən təcrübəni misal çəkib.

Moderator.az iqtisad elmləri doktoru, professor Zahid Məmmədovla ünvanlı dövlət müavinətinin dünya təcrübəsində daha çox hansı formada tətbiq edildiyinə aydınlıq gətirməyə çalışıb.

Professor dünya təcrübəsində sosial müavinət alan şəxslərin vergi ödəyicisi halına gətirildiyini bildirib: “Dünya ölkələri təcrübəsində hazırda həm pullu müavinət sistemi var, pullu müavinət sistemi ilə yanaşı təhsil, ixtisasartırma sistemi də var. Məsələn, Türkiyədə çox gözəl bir sistem tətbiq olunub. Tək uşaqlı anaları, ərindən şiddət görən, həyat yoldaşı vəfat etmiş qadınları yığıb onlara qısa müddətdə lider qadın, biznes kursları keçirilir. Bundan sonra banklar tərəfindən həmin qadınlara faizsiz kreditlər və hansı sahədə fəaliyyət göstərmələri üçün hazırlanmış layihələr verilir. Bununla da sosial müavinət alan qadın qısa bir müddətdə vegi ödəyicisinə çevrilir. Mən hələ bir müddət öncə də ilk dəfə olaraq çıxış etmişdim ki, insanlara sosial müavinət vermək yerinə, onları vergi ödəyicisi halına gətirmək mümkündür. Xüsusilə də avtobusları, taksiləri, yəni ayrı-ayrılıqda xırda sahibkarlıqla məşğul olan insanları zənginləşdirmək lazımdır. Tutaq ki, hansısa sosial müavinət alan insana tikiş maşını və ya hansısa maşın verdik, həmin şəxs tikiş maşınından istifadə edə bilmirsə nə faydası”x9d. 

Z.Məmmədov onu da qeyd edib ki, insanların həm də psixoloji durumlarına nəzarət edilməlidir: “Psixoloqlar müəyyənləşdirməlidir ki, hər hansı bir şəxs hansı fəaliyyət növü ilə məşğul ola bilər. Bu yaxınlarda Moskvada Azərbaycandan getmiş bir rusla tanış oldum. Hazırda həmin rusa böyük bir sex veriblər və o, sexdə çox gözəl suvenirlər hazırlayır. Hansı ki, o insanda böyük psixoloji problemlər olub, həyat yoldaşından ayrılıb böyük sıxıntı yaşayırmış, sərxoş həyat tərzi sürürmüş. Onu düşdüyü bataqlıqdan xilas etmək üçün sex açıblar və həmin sexdə işləməsini təmin ediblər. Hazırda həmin azərbaycanlı rus ən zəngin adamlardan biridir. Artıq o, özü vergi ödəməklə yanaşı başqa insanlara da yardım edir. Bizim də bütün bu amilləri dəyərləndirməyimiz gərəkir. Sadəcə nəyisə vermək naminə deyil, eyni zamanda psixoloji durumu, gələcəyə yönəlik fəaliyyəti dəstəkləyən xüsusi bir proqram tətbiq etməliyik”x9d. 

İqtisadçı ekspert həmçinin öz təkliflərini də irəli sürüb: “Təklif edirəm ki, iş qabiliyyəti olan, lakin psixoloji dəstəyə ehtiyacı olanları, xüsusilə də qadınları toplayıb onlara xüsusi kurslar keçirilsin. Onlar üçün müvafiq iş yerlərinin açılmasında dəstək olmaq lazımdır. Bəli, balıq vermək əvəzinə onlara balıq tutmağı öyərtmək lazımdır. Bu zaman görəcəyik ki, o insanların içərisindən qısa müddət ərzində neçə böyük iş adamları çıxdı. Bunu etmək də çox asandır, ilk növbədə alternativ ticarət mərkəzləri açılmalıdır. Alternativ ticarət mərkəzlərində icarəsi çox-çox aşağı dərəcədə olan yerlər verilməlidir. Həmin insanlar da görəndə ki, bunlara çox aşağı qiymətə icarəyə yer verirlər, bu zaman onlar da iş həyatına atılmağa həvəs göstərəcək. Az icarənin də riski aşağı, gəliri isə normal qaydada olur. Biz alternativ, dəyişik şərait, biznes planı və s. imkanlar verməklə sosial müavinət alan insanların ehtiyaclarını təmin edə bilərik”x9d.
 
Zahid Məmmədov bu sahədə icra hakimiyyətlərinin də təşəbbüs göstərmələrinin vacibliyini vurğulayıb: “Türkiyənin şərqindən belə qadınları gətirib qısa müddətdə biznes ledilər kimi yetişdirirlər. Bir də baxırsan ki, qadın dərzi sexinin müdiri olur və ətrafına da beş-altı qadın toplayıb paltar və ya ayaqqabı istehsal edir. Həm də mütləq şəkildə mədəniyyət klubları yaradılmalıdır. Rayonlarda insanlar ancaq qoyun saxlamalı, kənd təsərrüfatı ilə məşğul olmalı deyil ki. Rayonlarda, kəndlərdə mədəniyyət mərkəzləri açmaq, gəncləri o mərkəzlərə təşviq etmək lazımdır. Sovet dönəmində belə bir məsələ var idi ki, rayonlardan cavanlar gəlib Bakıda pulsuz dərzilik, bərbərlik öyrənirdilər. İndi rayonlarda icra hakimiyyətləri də bu işi təşkil edə bilərlər, xüsusi bacarığı, istedadı olanları müəyyənləşdirib onları yeni peşə sahiblər edə bilərlər. Bu gün kifayət sayda xarrata, dülgərə, yaxşı bənnaya, qaynaqçıya, maşın ustalarına ehtiyac var. Onları yetişdirmək və işləmələri üçün yer vermək lazımdır. Çünki özləri icarəyə yer götürsələr işləyə, müştəri yığana qədər icarə pulunu ödəyə bilməyəcəklər. Ona görə də həmin şəxsləri azı iki il vergidən azad etmək lazımdır, işləmələri üçün normal şərait yaradılmalıdır”x9d.  

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin