Xalq artistixa0İlhamə Quliyevaxa0ilə vida mərasimi başa çatıb.xa0
Mərhumun nəşi II Fəxri Xiyabana yola salınıb. İ.Quliyeva vəsiyyət etdiyi kimi anası, xalq artisti Tükəzban İsmayılovanın yanında dəfn olunub.xa0
Dəfn mərasimində sənətkarın ailə üzvləri, yaxınları, bəstəkar, millət vəkiliNovruz Aslan, aparıcıxa0Cavid Gül, müğənnilərxa0Ayaz Qasımov, Yaşar Yusub, Vasif Məhərrəmli, Ülvi Qılınc, Dənizkənarı Bulvar İdarəsinin rəis müavinixa0Nazim Məcidov, media nümayəndələri və digərləri xa0iştirak edib.
***
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.
Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət və turizm nazirixa0Əbülfəs Qarayev, nazir müavinixa0Ədalət Vəliyev, millət vəkili, xalq artistixa0Zeynəb Xanlarova, millət vəkilixa0Elmira Axundova, xalq artistlərixa0Yalçın Rzazadə, Canəli Əkbərov, Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva, Niyaməddin Musayevxa0və digər şəxslər iştirak edib.
Vida mərasimində İlhamə Quliyevanın mahnıları səsləndirilib.
Mərasimdə çıxış edən nazirxa0Əbülfəs Qarayevxa0İlhamə Quliyevanın həyat və yaradıcılığı haqında məlumat verib.
Xalq artistləri Yalçın Rzazadə, Natəvan Şeyxova, Canəli Əkbərov, bəstəkar Faiq Sücəddinov da vida mərasimində çıxış ediblər. xa0
Çıxışlardan sonra vida mərasimi başa çatıb, mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana yola salınıb.
Qeyd edək ki, İlhamə Quliyeva dünən səhər saatlarında evində dünyasını dəyişib.xa0Xalq artistinin meyitinin ilkin müayinəsi zamanı müəyyən edilib ki, onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olub.
***
Dünən vəfat edən xalq artisti İlhamə Quliyevayla vida mərasimi hazırda Rəşid Behbudov adına Mahnı Teatrında keçirilir.
Artıq müğənninin sənət dostları, yaxınları, tanışları Mahnı Teatrına axışır. Saat 12:00-da vida mərasimi başlayıb.
Xalq artitsixa0II Fəxri xiyabanda dəfn olunacaq.(Oxu.Az)



































































































