"İlhamə o addımları atmasaydı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılardı"

Hazırda oxunan: "İlhamə o addımları atmasaydı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılardı"

123371
Tanınmış hüquqşünas Aslan İsmayılov xalq artisti İlhamə Quliyevanın ölümünə kədərləndiyini bildirib.xa0

“Elə bir insan olmayıb ki, onun ölümünə təəssüflənməyim, mənə düşmənçilik edən olsa belə. İlhamə Quliyevaya gəldikdə isə, o, həqiqi mənada böyük sənətkar idi. Mən son dövrlərə qədər onu sevə-sevə dinləyirdim. İndi isə onun haqqında yazdığım sonuncu yazıya görə təəssüf edirəm. Bilsəydim ki, mən yazandan sonra hamı onun üstünə düşəcək, yazmazdım. Yazıya qədər susanlar sanki dil açdılar”x9d.

A.İsmayılov baş verənlərə görə, xalq artistini yox, onun yanlış addımlarına “züy tutan”x9d, dəstək verən məmurları suçlayıb:

“Həmin yazımda da bütün baş verənlərdə mən onu yox, onu bu həddə gətirib çıxaranları, bu addımı atmağa vadar edənləri, meydan yaradanları suçlamışdım. İlhamə xanım o addımları atmasaydı, sənətinə görə adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılardı. Bütün sənət adamları baş verənlərdən ibrət götürməlidirlər. Bu cür sənət adamlarını məhv edib, insanların gözündən salan məmurlar bütün nifrətin onlara ünvanlandığını dərk etməlidirlər.

Mədəniyyəti intriqalar, dedi-qodu, nifrət, bürokratiya ilə murdarlamaq lazım deyil. Mən bir daha İlhamə Quliyevaya Allahdan rəhmət diləyirəm. Hesab edirəm ki, heç kimin, heç düşmənin də haqqını yemək olmaz. Onun böyük sənətkar olduğunu heç kim dana bilməz. Etdiyi səhv addımlarını Allah bağışlasın”x9d.(Modern.azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin