“Dost dövlətlər hardadırsa, biz də orda olmalıyıq”x9d yanaşması yanlışdır”x9d

Hazırda oxunan: “Dost dövlətlər hardadırsa, biz də orda olmalıyıq”x9d yanaşması yanlışdır”x9d

123133

“Dost dövlətlər hardadırsa, biz də orda olmalıyıq”x9d yanaşması yanlışdır”x9d.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Politoloqun sözlərinə görə, Azərbaycana dost olan dövlətlər hansı koalisiya, hansı ittifaqdadırsa Azərbaycanın da ora üzv olmasını təklif etmək məntiqli deyil:

“Hər bir dövlətin öz marağı, öz mənafeyi mövcuddur və hər bir dövlət də öz mənafeyinə uyğun siyasət həyata keçirir. Bu siyasət nəyi tələb edirsə, onu həyata keçirmək lazımdır. Bu gün Türkiyə NATO-nun üzvüdür. Bu o demək deyil ki, Azərbaycan da hökmən NATO-ya üzv olmalıdır. Və ya Pakistanla Hindistan arasında həm hərbi, həm də siyasi müstəvidə gərginlik var. Pakistan-Hindistan münasibətlərindəki gərginlik o demək deyil ki, Azərbaycan da Hindistanla münasibətləri gərginləşdirməli, onunla müharibə etməlidir. Dövlətin özünün maraq və mənafeyi tələb etmirsə, hansısa addımı atmaq dövlətin maraqları baxımından zəruri deyilsə, belə bir addımı reallaşdırmağa ehtiyac yoxdur”x9d.

xa0

Seymur Əliyev

xa0

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin