"Oğurlayan əli ləğv etmək lazımdır"

Hazırda oxunan: "Oğurlayan əli ləğv etmək lazımdır"

122985
Moderator.az-ın suallarını təhsil eksperti Əjdər Ağayev cavablandırıb.

- Əjdər müəllim, ali məktəblərə qəbul prosesində test üsulunun ləğv edilməsini nə qədər məqsədəuyğun hesab edirsiniz?

- Son illərdə ictimai fikir test imtahanı ilə ali məktəblərə qəbul formasını qüsurlu hesab edir. Ona görə qüsurlu hesab edir ki, test üsulu məktəblilərin hərtərəfli hazırlığına mane olur. Repetitor məktəbi də normal məktəbi üstələyib. Repetitor məktəbi də şagirdin müraciətinə uyğun olaraq onunla lazım olan fənlərdən test tapşırıqları üzrə məşğul olur. Bu gün təhsilin qarşısında dayanan əsas məqsəd şagirdlərin vətəndaş hazırlığına, şəxsiyyət yönümlüyünə nail olmaqdır. Ancaq test üsulu ilə imtahan yaddaşa, hafizədə nə qalıbsa ona söykənib, şagirdin təfəkkürünün açılmasına imkan vermir. Bizə lazımdır ki, informasiya bolluğu şəraitində şagirdlərin yaradıcılıq meyli, müstəqil düşüncə qabiliyyəti, təfəkkürü inkişaf etsin. Test üsulu isə buna mane olur. Digər tərəfdən də insanın hazırlığı yalnız bilikləri deyil, insan vətəndaş hazırlığından da keçməlidir, ölkəsini tanımalıdır, mədəniyyətini, ədəbiyyatını, tarixini bilməlidir. Amma test imtahanları uşaqları ancaq üç-dörd fəndən qrup üzrə hazırlaşmağa məcbur edir. Onlar nə ədəbiyyatı, nə incəsənəti, nə mədəniyyəti, nə də ölkəsinin tarixini bilirlər. Bu adamlar tam dəyərləndirməyə layiq olan vətəndaş keyfiyyətlərindən uzaqda qalırlar. Test üsulu bu baxımdan bizə daha çox ziyan vurur. Artıq neçə illərdir ki, mən də test üsulu ilə imtahanın əleyhinəyəm.xa0

- Test üsulu ləğv edilsin, bəs yaxşı ali məktəblərə qəbul imtahanları hansı üsulla keçirilsin?

- Təklif etmişik ki, ali məktəblərə qəbul imtahanları buraxılış imtahanları ilə birləşdirilsin. Buraxılış imtahanlarında TGDK-nın müəyyənləşdirdiyi iki-üç imtahan yox, ən azı səkkiz əsas fəndən imtahan olmalıdır. Öncədən müəyyənləşdirilmiş balı yığan şagird də qabiliyyətinə uyğun olan ali məktəbə qəbul ola bilər. Ali məktəblər həmin ballar üzrə tələbələri qəbul etməlidir. Bu ən demokratik, ən mütərəqqi yoldur və bu metoddan başqa ölkələrdə də istifadə olunur. Hesab edirəm ki, bu yol ən yaxşı tərəqqidir. Bu gün təhsil nazirimiz də bu fikrə gəlib. Təbii ki, nazir də digər qurumlarla danışıqlar apararaq test imtahanlarının şagirdləri birtərəfli etdiyini söyləyir. Və düşünür ki, qəbul imtahanlarını yeni məzmunda, yeni formada qurmaq lazımdır. Nazirimiz qəti qərar söyləmədi. Sadəcə söylədi ki, dəyişdirilməlidir. Ancaq yeni məzmun, yeni forma düşünüldükdən sonra. Mənə elə gəlir ki, yeni formada ilk növbədə yazılı imtahan götürülməlidir. Testlə imtahan verən tələbələr ağıllı-başlı yazı savadına malik deyillər, öz fikirlərini ifadə edə bilmirlər. Daha sonra şifahi imtahan götürülməlidir. Biz tələbələrə altı-yeddi aya güclə danışmağı öyrədirik. O qədər internetlə, testlə başıaşağı məşğul olurlar ki, danışıq qabiliyyətlərini də itirirlər. Üçüncü növbədə isə test üsulundan istifadə etmək olar. Düşünürəm ki, bu, çox mütərəqqi yönümdür, faydalı fikirdir. Əgər yeni məzmuna, yeni formaya keçiləcəksə, o zaman hər bir abituriyent ölkəsinin vətəndaşı kimi də hərtərəfli hazırlıqlı olacaq.xa0

- Test üsulu ləğv edildikdə qəbul imtahanlarında obyektivlik və şəffaflıq qoruna biləcəkmi?

- Test üsulu ilk dəfə sovet hakimiyyətinin dağıldığı, müstəqil Azərbaycanın qurulduğu ilk illərdə tətbiq olunub. Dörd il ard-arda test üsulu ilə qəbulun nəticələri çox yaxşı oldu. Həmin tələbələr hərtərəfli bilikləri ilə doğurdan da uğurlar qazandılar. Çünki həmin imtahanda iştirak edən abituriyentlər sovet məktəbinin məzunları idi, bizim indiki məktəblərin yox. Sovet təhsil sistemi ən güclü bilik verirdi. Sonralar elə ki, proqramlar dəyişdi, yeni dərslər yarandı, yeni texnologiyalara hazır olmayan müəllimlər işlədi və bu axtarışlar tam olmadı. Bu, kadr hazırlığına da öz mənfi təsirini göstərdi. Test üsulu ilə ali məktəblərə qəbul olan uşaqlar ancaq əzbərləmək hesabına imtahan verirlər. Onların heç nədən xəbərləri yoxdur və mən bunun şahidi olan müəllim kimi deyirəm. O qədər uşaq arasında hərtərəfli hazır olan ancaq bir-iki uşaq tapılır. Onlar da ya hansısa yaxşı ənənə ilə işləyən məktəbin məzunlarıdır, ya da ziyalı ailədən çıxmış uşaqlardır. 90-cı illərdə ara o qədər qarışmışdı ki, qəbul prosesində şəffalığın bu cür bərpa olunmasın ehtiyac var idi. Bu gün isə bizim qüdrətli dövlətimiz var, dövlətimizin başında dayanan layiqli prezidentimiz var, dövlət qurumları var. Bu adamlar oğurluğa, rüşvətə qarşı mübarizədə birləşməlidirlər. Cəmiyyətdə kimlərsə əyri işlərlə məşğuldur, kimlərsə ədaləti, şəfafflığı gözləmir, öz maraqlarına, nəfslərinə xidmət edirlər deyə biz onlara görə niyə millətimizin balalarını layiqli vətəndaş kimi hazırlamamalıyıq? Bizə ağıllı-başlı vətəndaş hazırlanması lazımdır. Həmin adamlara qarşı da ciddi mübarizə aparılmalıdır və həmin qəbildən olan adamlar ləğv olunmalıdır, insan hazırlığı yox.xa0

- O zaman başqa sual da yaranır. Həmin imtahanları kimlər götürməlidir, imtahan götürənlərin hansı keyfiyyətlərinə üstünlük verilməlidir?xa0

- Müsbət keyfiyyətlərə malik müəllimlər kifayət qədərdir, hamı rüşvətxor, öz mənafeyini güdən deyil. Ona görə də ilk növbədə indiki vəzifədə olanları uzaqlaşdırmaq lazımdır. İmtahan götürənlər sırasına təhsil sahəsində xa0çalışan, heç bir kəslə qohumluq əlaqəsi olmayan, ortabab dolanan müəllimləri seçmək lazımdır. O xa0müəllimlər ki, obyektivliklə dolanırlar, qoy onlar da imtahan götürsünlər. Kimlərsə oğurluq edir deyə millətimizin balalarını şikəst edə bilmərik. Oğurlayan əli, oğru fikri, oğru niyyəti ləğv etmək lazımdır.xa0

- Buraxılış imtahanlarını TGDK-nın keçirməsi fikri nə qədər məqsədəuyğun olar? Belə olan halda şəffaflığı təmin etmək olarmı?

- Elə bilirsiniz ki, TGDK şəffaf qurumdur? Orada da müəyyən məsələlər var. Hələ ulu öndərimizin sağlığında o qurumdakı oğurluqlardan, nöqsanlardan söhbət gedirdi. Mən onların üstünü açmaq istəmirəm. TGDK-nın mütəxəssislərinin xeyli hissəsi təhsilin, imtahanın pedaqogikanın tərkib hissəsi olduğunu bilmir. Ona görə də onlar ancaq məsələyə təşkili baxımından yanaşırlar. İsti yay günündə polis nəzarəti altında imtahan keçirmək olmaz. Abituriyentlər fidan uşaqlardır, stressdən xəstələnirlər. TGDK-nın bundan sonra nə iş görəcəyi mənlik deyil, hökumətin işidir. Ancaq təhsili Təhsil Nazirliyinə vermək lazımdır. Orada təhsil işçiləri böyük əksəriyyət təşkil edir.


- xa0Bəzi ekspertlər ölkədə Elm və Təhsil Nazirliyinin yaranmasını təklif edirlər. Bu fikrə münsibətiniz necədir?

- Dünyanın bir çox ölkəsində Elm və Təhsil Nazirliyi var, bizdə də belə nazirliyin yaranması təşəbbüsü artıq mövcuddur. Çünki universitetlərin böyük əksəriyyətində güclü elmi potensial var. Təsəvvür edin ki, yalnız Bakı Dövlət Universiteti dəqiq elmlər sahəsi üzrə dünyada tanınan nailiyyətlərin 50 faizini o alimlərlə yerinə yetirir. Qalan 50 faizini isə akademiya sistemi edir. Ona görə də xa0elmi təhsildən ayırmaq olmaz, Elm və Təhsil Nazirliyi təşəbbüsü çox faydalı olar, elmlə təhsili birləşdirər, amma pedaqoji bilikləri bilmək altında. Bu gün təhsil nazirliyində nə psixologiya institutu var, nə yaş fiziologiyası. Hətta Milli Elmlər Akademiyasında pedaqogika-psixologiya üzrə bölüm belə yoxdur. Bunlarda olmalıdır ki, elmə əsaslansın. Elmə əsaslanmasa, bugünkü təsəvvürlər və müdaxilələr olsa yenə də nailiyyət qazanmaq mümkün deyil.xa0

Rumiyyəxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin