"Yazıçılar Birliyi susmaqda davam etsə, bu qurumdan istefa verəcəm”x9d

Hazırda oxunan: "Yazıçılar Birliyi susmaqda davam etsə, bu qurumdan istefa verəcəm”x9d

122829

Azərbaycan Ziyalılar Birliyinin sədri, məşhur kinodramaturq və yazıçı Eldəniz Quliyev Moderator.az-a açıqlamasında şair Saday Şəkərlinin həbsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin susqunluq sərgiləməsini tənqid edib. E.Quliyevin sözlərinə görə, Rusiyanın Yazıçılar İttifaqının belə işə qarışdığı, mövqe ortaya qoyduğu bir halda Azərbaycan Yazıçılar Birliyinin susmaqda davam etməsi anlaşılan deyil:

“S.Şəkərlinin həbsi fonunda təəssüf doğuran məsələlərdən biri Azərbaycan Yazıçılar Birliyinin nümayiş etdirdiyi susqunluqdur. Sadəcə, bu qədər müraciətlər ortada ola-ola, ən əsası da Rusiya Yazıçılar İttifaqının 50-yə yaxın dünya şöhrətli qələm sahiblərinin ölkə Prezidentinə xahişlə müraciətindən sonra, Azərbaycan Yazıçılar Birliyinin heç nə olmamış kimi susması, ən azından, qəribə görünür.

Əgər Azərbaycan Yazıçılar Birliyi bundan sonra da Sadayın haqsız həbsinə göz yumsa, mən həmin Birlikdən istefa verməli olacam. O Birlik ki, öz üzvlərini qorumağı bacarmır, istəmir, o Birlik ki, tanınmış şairin taleyinə biganəlik və aşkar sinizm nümayiş etdirir, orada qalmağın nə mənası..?”x9d

E.Quliyevin sözlərinə görə, S.Şəkərlinin vəkilləri şairlə bağlı çıxarılan məhkəmə hökmündən apellyasiya şikayəti veriblər və bugünlərdə Apellyasiya Məhkəməsində tanınmış şairlə bağlı şikayətə baxılacaq.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin