"Bu etimad böyük məsuliyyət yaradır"

Hazırda oxunan: "Bu etimad böyük məsuliyyət yaradır"

122494
“Əfv Komissiyasının üzvü təyin edilməyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən mənə göstərilən böyük etimad kimi qiymətləndirirəm. Bu etimad eyni zamanda məndə böyük bir məsuliyyət yaradır”x9d.

Bunu Moderator.az-a açıqlamasında xa0Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni təyin edilmiş üzvü, “Konstitusiya”x9d Araşdırmalar Fondunun rəhbəri xa0Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev daha sonra vurğulayıb ki, Əfv Komissiyasının üzvü olmaq həm də mühüm konstitusion vəzifənin icrasında iştirak etməkdir: “İndiyə qədər bu və ya digər formada məhkumlarla işləmişdim, amma bu tamam fərqli müstəvidir, fərqli platformadır. Əfv Komissiyasında Azərbaycanın görkəmli dövlət xadimləri vardır və onlarla bir yerdə olmaq, qərarların qəbulu prosesində iştirak etmək, fikir söyləmək çox diqqətli olmağı tələb edir. İkinci tərəfdən, cəmiyyətin də Əfv Komissiyasının üzvlərindən ciddi gözləntiləri var. İndiyə qədər Əfv Komissiyasının fəaliyyəti çox səmərəli olub, minlərlə insan prezidentimizin xa0əfv sərəncamı nəticəsində azadlığa çıxıb, ailələrinə qovuşub, ictimai həyata daxil olublar. Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan “Mən hər bir vətəndaşımın prezidentiyəm”x9d siyasəti ölkə başçısının məhkumlarla münasibətdə də humanist, qayğıkeş yanaşmasını təsdiq edir. xa0Əminəm ki, Əfv Komissiyası bundan sonra da fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Qanunvericiliyinin tələblərinə, prezidentin siyasi iradəsinə uyğun şəkildə davam etdirəcək. Cinayət törətmiş şəxslərin cəmiyyətə qayıtmaq şansına imkan yaratmaq üçün çalışacaq, cəmiyyətimizə ədalətli yanaşmanın şahidi olacağıq. Cənab Prezident hər zaman qərarlarında ədalətli olub və Əfv Komissiyasının fəaliyyəti də bu prinsipə söykənir. Mən də bu prosesdə bilik və bacarığımla töhfə verməyə çalışacağam”x9d.xa0

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Əfv Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, “Konstitusiya”x9d Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Əfv Komissiyasının yeni üzvləri sırasında yer alıblar.
xa0
Rumiyyəxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin