Hicran Hüseynova 170 minlik rüşvət qalmaqalından danışdı

Hazırda oxunan: Hicran Hüseynova 170 minlik rüşvət qalmaqalından danışdı

122353
Bir müddətdir adı 170 minlik rüşvət qalmaqalında hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova barəsində yazılanlara münasibət bildirib.

Moderator.az xəbər verir ki, AzNews.az-a açıqlama verən H.Hüseynova məsələ ilə bağlı hazırda araşdırma getdiyini deyib: “Hazırda istintaq gedir. Məsələ ilə bağlı araşdırma aparılır. Əlbəttə ki, bunlar hamısı yalandır, böhtandır. Burada ikinci söhbət ola bilməz. Amma araşdırsınlar. Baxsınlar ki, kimin günahı var, kim hansı işləri törədib?"

H.Hüseynova jurnalistlərə də çağırış edib: “Jurnalistərə, bizim hüquq-mühafizə nümayəndələrimizə də, vəkillərimizə demək istəyirəm ki, gərək etikanı qorusunlar. Hansısa bir adam haqqında bir şey yazanda faktları əvvəlcədən yoxlasınlar. Sonra onların haqqında yazsınlar. Xüsusilə, dövlət məmurları haqqında belə şeyləri yazanda fikirləşsinlər ki, bunlar kimə nöqsandır, bizə, yoxsa onların özlərinə? Ona görə də belə şeyləri fikirləşmək lazımdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin