Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi layihəsi bütün regionun iqtisadiyyatını canlandıracaq.
Bunu Gürcüstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir Türkiyənin bu layihəyə xüsusi diqqət ayırdığını bildirib.
M.Çavuşoğlu BTQ dəmir yolunun tikintisinin cari ildə başa çatacağını vurğulayıb.(Virtualaz.org)





























































































