Bu barədə məlumat Moderator.az -a etibarlı mənbələrdən verilib.xa0
Mənbəənin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin İrana yaxın vaxtlarda nəzərdə tutulan səfərindən sonra İran prezidenti Həsən Ruhaninin də Azərbaycna cavab səfəri nəzərdə tutulur. "Bu səfər ilin sonuna və ya növbəti ilin əvvəlinədək reallaşdırılacaq", - deyə mənbə qeyd edib.xa0
Mənbə onu da əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında 5-dən artıq sənədin imzalanması nəzərdə tutulur. Sənədlər elektoenergetika, tranzit, nəqliyyat. enerji, kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi sahəsində olacaq. Eyni zamanda dövlət başçıları tərəfindən Birgə Bəyannamənin xa0imzalanması da xa0planlaşdırılır.xa0
Keçiriləcək görüşlərdə iki ölkə arasında sanksiyalardan sonra əlaqələrin daha da genişləndirilməsi tranzit yükdaşımaları, üçüncü ölkə bazarlarına birgə çıxış, qeyri-neft sektoru sahəsində, elektroenergetika, turizm, kəndə təsərrüfatı, dağ mədənçiliyi, infrastruktur laiyhələrin reallaşdırılması, xüsusən də Şimal-Cənub dəhlizinin qısa zamanda başa çatdırılması, qida və kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq, həmçinin regional və dünyada baş verən xa0proseslər, regional təhdidlərə və çağırışlara qarşı birgə mübarizə və sair məsələlər müzakirə olunacaq.
Onu da qeyd edək ki, İran prezidenti Həsən Ruhani prezident seçildikdən sonra xarici ölkələrə ilk səfərlərindən birini Azərbaycana edib və bu onun ikinci səfəri olacaq.
































































































