Qovlar şəhərində Gənclər Evinin açılışı olub- FOTO

Hazırda oxunan: Qovlar şəhərində Gənclər Evinin açılışı olub- FOTO

121768
Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhərindəki Gənclər Evinin açılışında iştirak edib.
xa0
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
xa0
Gənclər və idman naziri Azad Rəhimov prezidentə bildirib ki, ərazisi 4400 kvadratmetr olan Gənclər Evinin binası respublikada ən böyük gənclər mərkəzlərindən biridir. xa0Gənclər Evində istedadlar, ünsiyyət və gənclərin intellektual klubları fəaliyyət göstərəcək. Bu layihələr Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. xa0Burada gənclərin intellektual klubu, gənc iqtisadçılar klubu, kompyuter dərnəyi, peşəyönümü mərkəzi, istedadların hazırlıq laboratoriyası, elektron kitabxana, karyera mərkəzi, rəqs zalı, toxuculuq və tikiş dərnəkləri, vətənpərvərlik klubu fəaliyyət göstərəcək. Gənclər Evindəki 120 yerlik akt, 36 yerlik toplantı zallarında rayon və respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Sərgi salonunda gənc rəssamların əl işləri nümayiş etdirilir. Bilyard, tennis və fitnes zallarında yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək.









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin