“Bankların ziyana düşməsi ilə bağlı səslənən fikirlər əsassızdır”x9d

Hazırda oxunan: “Bankların ziyana düşməsi ilə bağlı səslənən fikirlər əsassızdır”x9d

121133

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında ölkə banklarını ifşa edən maraqlı fikirlər səsləndirib. S.Cəlaloğlu bankların problemli kreditlər səbəbi ilə ziyanda olmadığını, əksinə öz xeyirlərini artıqlaması ilə götürdüklərini bildirib:

“Azərbaycanda dövlət problemli kreditlərlə bağlı vətəndaşlara güzəştə getmək istəmir. Halbuki, Qırğızıstan qədər kasıb bir dövlətdə 40 min manata qədər olan kreditlrə dövlət tərəfindən bağışlanıb. Qazaxıstanda, Rusiyada da krediti olan insanlarla bağlı oxşar formada bir sıra addımlar atdılar. Azərbaycanda banklar kreditləri şişirdilmiş faizlərlə verir. Milli Bankdan 4-5%-ə pul alırdılar. Onu 25-25%-lə insanlara verirdilər. Onsuz da banklar problemli kreditlərdən on dəfə artıq pul çıxardıb. Bu, amil nəzərə alınmalıdır.

Ikincisi, nəzərə almaq lazımdır ki, vətəndaşlar böhrana düşüb. Hər hansı bir müəssisə özünü defolt elan edəndə onun bütün kreditləri, faizləri dayandırılır. Vətəndaş iflasa uğrayıb. Belə olan halda ondan necə əvvəlki qaydada faiz ala bilərsən? Necə olur ki, böyük bir müəssisə iflas edəndə onun borcları dərhal dayandırılır, amma vətəndaş iflasa düşəndə dayandırılmır?

Devalvasiyadan sonra faiz məsələsi ləğv edilməlidir.  Kreditlərin müddəti uzadılmalıdır. Faizi də aşağı endirilməlidir. Nəyə görə  hər hansı bir bank Milli Bankdan 5%-ə aldığı pulu mənə 25-30%-ə verməlidir? Onu vətəndaşa 12%-ə versə, vətəndaş da bunu qaytarmaq iqtidarında olar. Əgər banklar bu pulların geri qaytarılmasını istəyirsə, qeyd etdiyim dəyişiklilərə getməlidir. Vətəndaşın evini, maşınını əlindən almaq çıxış yolu deyil. Bu, yeni problemlər doğurur”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin