Bələdiyyə idaərəetməsində müasir texnologiyalara ehtiyac var

Hazırda oxunan: Bələdiyyə idaərəetməsində müasir texnologiyalara ehtiyac var

120732
xa0 xa0 xa0İdarəçilik toplumu idarə etmək məqsədi ilə insanlıq tarixinin xa0ən qədim çağlarında yaranmış sənət növü olmaqla yanaşı cəmiyyətin və zamanın tələbinə uyğunlaşaraq daimi inkişafda olan müasir elm sahəsidir. Buraya tarixi dövlət idarəçiliyi qədər qədim olmasada müasir dövrün təsisatlarından olan bələdiyyə idarəçiliyidə daxildir. Əgər biz yerli özünü idarəetmə orqanı orqanı olan bələdiyyələrin inkişafını və cəmiyyətdə layiq olduğu yeri tutmasını istəyiriksə bələdiyyə idarəetməsində müasir idarəçilik qaydalarının xa0tətbiqinə nail olmalıyıq. xa0
xa0Bələdiyyələr günlük fəaliyyətləri ərzində müxtəlif xa0xarakterli problem və çətinliklərlə üzləşməli olurlar. Araşdırmalara əsasən məlum olur ki, bir çox hallarda yaranmış problemin kökündə bələdiyyə idarəçiliyinin müasir standartlara cavab verməməsi və klassik idarəçilik qaydalarının tətbiq edilməsi durur.xa0
xa0Klassik idarəçilik qaydaları rəhbərin mən sizin liderinizəm xa0nə cür deyirəmsə o cürdə olmalıdır düşüncəsinə əsaslanan idarəçilik formasıdır. Bu idarəçilik xa0formasında rəhbər bütün səlahiyyətləri öz əlində cəmləşdirir, vahid komanda fəaliyyəti nəzərə çarpmır, komanda üzvlərinin təklif və məsləhətləri nəzərə alınmır və rəhbərin xa0məntiqli yaxud məntiqsiz qərarları arasında xa0heç bir fərq olmur.
Klassik idarəçilik aşağıdakı 3 maddə ilə xarakterizə edilə bilər.xa0
1.Rəhbərin dedikləri düzdür.
2.Rəhbər daima haqlıdır.
3.Rəhbərin haqsız olduğu vəziyyətlərdə 1-ci və 2-ci maddələr tətbiq edilir.
xa0 xa0 Yuxarıda vurğuladığım kimi cəmiyyət inkişaf etdikcə klassik idarəetmə qaydaları tədricən öz effektini itirir və cəmiyyətin inkişafına uyğun müasir idarəçilik qaydalarına xa0ehtiyac yaranır. Müasir idarəçilik qaydaları dedikdə yaranmış problemi zamanında və yerində həll etmə bacarığı və müasir qərar vermə mexanizmlərindən istifadə başa düşülür.xa0
Klassik idarəçilikdən fərqli olaraq müasir idarəçilik fərdlərin komanda halında fəaliyyət göstərə bilmə bacarığını və idarəçinin komandanı idarə edə bilmək qabiliyyətini özündə ehtiva edir. Hələ qədim xa0siyasətçilərə məlum idiki, lider yaxşı idarəçi olmaq üçün siyasi xa0təcrübə ilə yanaşı insan psixologiyasınıda yaxşı bilməli, idarə etdiyi şəxslərə qiymət verməli və xa0hər kəslə öz dilində ünsiyyət qura bilməlidir. 1500 il əvvəl böyük Hun İmperatoru Atilla idarəçilik barədə bunları demişdir: Bütün səlahiyyətləri özündə toplama, ancaq vahid komanda ilə qələbə qazanmaq mümkündür, bacarıqlı olanı mükafatlandır, bacarıqsız olanı vəzifədə saxlama və bir gün yerinə gələcək qorxusu ilə zəkalı insanların qarşısını kəsmə.
Müasir idarəçilik aşağıdakı şərtlərlə həyata keçirilir:
1.Yeni fikirlilik.
2.Komanda halında işləmək bacarığı.
3.Komandanı idarə etmə bacarığı.
4.Proqram və planlı fəaliyyət.
5.Müasir texnologiyalardan yararlanmaq.
6.Məsuliyyətli olmaq.
7.Sistemli fəaliyyət.
8.Bilgili olmaq.
9.Motivasiya edə bilmək qabiliyyəti.
10.Dinamik olmaq.
xa0 Müasir idarəçilikdə böyük və yaxud kiçik olmasından aslı olmayaraq istənilən qruma sistem kimi baxılmalı, sistemi təşkil edən elementlərin qarşılıqlı əlaqələri nəzərə alınaraq yaranmış problem sistemli şəkildə analiz edilməlidir. Sistemli analiz dedikdə sistemin strukturu, quruluş və hissələrinin öyrənilərək analiz edilməsi, həmçinin sistemin gücü, əhatəsi, vəziyyəti, tipləri və sistemin alt elementlərinin vahid orqanizm kimi araşdırılması xa0nəzərdə tutulur. xa0
xa0 xa0Əgər problemin həlli zamanı sistemli yanaşma metodlarından istifadə edilməz və hadisəni törədən amillərin qarşılıqlı əlaqələri nəzərə alınmazsa bu zaman verilmiş qərarlar özünü doğruldmaz və nəticədə qəbul edilmiş hər yanlış qərar gələcəkdə yeni problemlərin ortaya çıxmasına zəmin yaratmış olar.xa0
xa0 xa0Reallıq isə budur ki, həll edilməyən problem və idarə olunmayan proses yoxdur. Mahiyyətindən, xarakterindən, formasından və yaranma səbəblərindən aslı olmayaraq istənilən problem araşdırma və düşüncənin nəticəsində həll edilməsi mümkün olan çətinliklərdir. xa0
xa0 xa0Təssüf ki, idarəçilər tərəfindən problemlər əksər hallarda öz bildikləri köhnə qaydalar və yaxud başqaları tərəfindən tətbiq edilən üsul və vasitələrlə həll edilməyə çalışılır. Müxtəlif xarekterli problemləri eyni metodlarla həll etməyə çalışmaq idarəçiliyin təqliq və adətlərlə həyata keçirilməsi anlamına gəlir. Halbuki müasir idarəçilik prinsiplərinə əsasən xa0problemləri təqlid və adətlər ilə deyil yeni fikir və müasir texnologiyalara əsaslanaraq həll etdikdə daha səmərəli nəticələrin alınması labüddür.
xa0 xa0Təcrübəyə əsasən problemin həll edilməsində 4 xa0qaydaya müraciət edilir.xa0
1.Şəxsi təcrübələr.
2.Ən-ənəvi qaydalar.
3.Mütəxəssislərin tətbiq etdikləri qaydalar.
4.Elmi yolla tətbiq edilən qaydalar. xa0xa0
xa0 xa0 Problem həll etmənin təməl şərti sistemli yanaşma metodundan xa0istifadə etməklə problemin mahiyyətini, yaranma səbəblərini, problemi əmələ gətirən daxili və kənar təsirləri düzgün analiz edib qərar verməkdir. Qərar vermək bacarığı liderlərə məxsus xüsusiyyət olmaqla həmdə alternativ qərarlar arasından zamanında və doğru qərarı seçmək məharətidir. xa0
Nəzərə alınmalıdır ki, qərar vermə prosesi olduqca həssas və eyni zamanda mürəkkəb prosesidir. Bu zaman xa0nə ediləcək, kimlər tərəfindən həyata keçiriləcək, problemin həlli məqsədiylə hansı qaynaqlardan istifadə ediləcək və nəticəsi necə olacaq kimi sualların ortaya çıxması qərarın verilməsində müəyyən çətinliklər yaradır.xa0
xa0 xa0Problemin həlli və qərar vermə mərhələsində yeni fikirlərin ortaya çıxarılmasına ehtiyac yaranır. İrəli sürülmüş hər bir fikir problemin xa0həlli üçün cavab və yaxud yeni fikirlərin irəli sürülməsi üçün vasitə ola bilər. xa0Fərqli və müxtəlif fikirlərin ortaya çıxarılmasında istifadə edilən ən effekli vasitə beyin fırtınası metodudur.xa0
xa0 xa0 Beyin fırtınası nədir? Beyin fırtınası yaradıcı fikir və düşüncə fırtınasıdır.
xa0 xa0 Bu metod kankret problemin həlli məqsədiylə mümkün olduğu qədər çoxlu sayda fikirlərin irəli sürülməsini təmin etmək qabiliyyətinə xa0malikdir. İlk dəfə Aleks Osborn tərəfindən 1963-cü ildə tətbiq edilmiş beyin fırtınası ən azı iki nəfərdən ibarət qrup daxilində yaradıcı düşüncələrin, müxtəlif və fərqli fikirlərin ortaya qoyularaq inkişaf etdirilməsi prosesidir.xa0
xa0 xa0Müasir idarəçiliyin tərkib hissəsi olan beyin fırtınası metodu dünyanın inkişaf etmiş ölkələrinin bələdiyyələri, təhsil müəssisələri, dövlət və özəl sektorlarının idarəçiləri tərəfindən tətbiq edilən yeni fikirlərin yaranma metodu olmaqla yanaşı həmdə müasir qərar vermə modelidir. Məxsus olduğu sektordan aslı olmayaraq istənilən idarəçilik səhəsində müasir idarəetmə mexanizmlərindən istifadə olunması zamanın tələbidir. Xüsusən yerli özünü idarəetmənin əsasını maraqlı ideya və xa0layihələrin irəli sürülərək həyata keçirilməsi təşkil edir.xa0
xa0Azərbaycan bələdiyyələrinin xa0fəaliyyətlərinə nəzər yetirdikdə yeni fikir və xa0layihələrə ehtiyac olduğunun şahidi oluruq. Ehtiyacın səbəbi isə yerli özünüidarəetmə sisteminin müasir idarəçilik qaydalarını tam mənimsəyə bilməməsidir.xa0
xa0 xa0 Bələdiyyələr beyin fırtınası metodunu tətbiq etməklə yaradıcı fikir və maraqlı layihələr sahəsindəki, boşluğu doldura bilərlər.
xa0 xa0Beyin fırtınası metodu qaydalı və qaydasız olaraq iki qrupa xa0bölünür.
1.Qaydalı qrup:
xa0 xa0 xa0 xa0 Qaydalı qrupda üzvlərə mövzu anlatılır, hər kəsə düşünmək üçün 2-3 dəqiqə vaxt verilir və sıra ilə bütün üzvlərin fikirləri soruşulur. Qaydalı qrupda fikirlər irəri sürüldüyü an müzakirə edilməz və hər bir fikir qeyd edilir.
2.Qaydasız qrup:
xa0 xa0 Qaydalı qrupdan fərqli olaraq qaydasız xa0qrupda xa0şəxslər sıra ilə deyil istədikləri zaman fikirlərini dilə gətirir və bir üzv fikirləri qeyd edir.
xa0 xa0Beyin fırtınası metodunun tətbiq qaydaları aşağıdakılardır:
1. İlk olaraq azı iki nəfərdən ibarət qrup və ya qruplar yaradılır.
xa0 Metodun üstün cəhəti heç birimiz təklikdə hamımızdan ağıllı deyilik prinsipidir. Müəyyən problemin həll edilməsi məqsədiylə bir deyil, bir neçə insanın birlikdə xa0düşünərək fikir və düşüncələrini ortaya qoyması daha doğru qərarların verilməsinə səbəb olar.xa0
2. Daha sonra xa0müzakirə olunası problem ətraflı anlatılır və qrup daxilindən səslənmiş fikirlərin qeyd edilməsi və iclasın idarə olunması məqsədiylə bir nəfər idarəçi seçilir.
xa0 xa0Qrup idarəçisinin əsas xa0vəzifəsi qrup daxilində hər kəsin fikrini sərbəst ifadə edə biləcəyi mühütün yaradılmasıdır. Fikir irəli sürərkən ilkin mərhələdə kimsənin fikiri müzakirə edilmir, irad bildirilmir və olduğu kimi qeyd edilir. Bu mərhələdə qadağa yoxdur, fikirlər sərbəstdir və mərhələ fikirlər xa0tükənənə qədər davam edir.xa0
xa0 xa0Müzakirə zamanı qrup üzvləri sıra ilə söz alıb təklif və fikirlərini səsləndirirlər. Fikir irəli sürməyən şəxs PAS deyib sıranı növbəti iştirakçıya ötürür. Hamı pas deyərsə ilk mərhələ bitmiş hesab edilir.
3. Növbəti mərhələdə fikirlər bir-bir müzakirə edilir və yarımçıq fikirlərələrə əlavələr edilərək xa0inkişaf xa0etdirilir.xa0
4. Sonda məqsədə xa0uyğun xa0fikirlər iki turdan ibarət səsvermə nəticəsində ələnərək ən çox səs toplamış fikir qəbul edilir. Təcrübəyə əsasən səs vermə açıq və yaxud qapalı keçirlə bilər.xa0
Beyin fırtınası metodundan iki halda istifadə edilməsinin şahidi oluruq.
xa0 xa0 xa0 xa0 xa01. Yaranmış problemin həlli məqsədiylə təkliflərin irəli sürülməsi
xa0 xa0 xa0 xa0 Bu gün demək olar bütün dünyada yaranmış problemlərin həllinə yönəlik müxtəlif metod və qaydalar tətbiq edilsədə problemlərin daha effektli həllini təmin edəcək yeni metodlara ehtiyac duyulur. Hal-hazırda isə morfolojik analiz metodu, xüsusiyyətlərin sıralanması metodu, qordon metodu, əlaqələndirmə-birləşdirmə metodu, tərs çevirmə metodu, philipss66 metodu və bunlar kimi bir çox metodlar mövcuddur. Problemlərin həlli zamanı istifadə edilən metodlar çox olsada ən məhşur metod beyin fırtınası metodudur. Çünki beyin fırtınası metoduna əsasən iştirakçılar öz fikirləri ilə problemin həllində iştirak etməklə yanaşı digər şəxslərin fikirlərini inkişaf etdirə, həmçini iki və yaxud daha çox fikri bir fikir halında xa0birləşdirə bilirlər. xa0
xa02. İdarəçilik proesində maraqlı fikir və layihələrin irəli sürülməsi
xa0 xa0İdarəçilik təkcə rəhbərlik etmək, tapşırıqlar vermək və yaxud verilmiş əmr və sərəncamları icra etmək deyil, idarəçilik eyni zamanda maraqlı fikirlərin ortaya qoyulması və tətbiqi prosesidir.
Sakinlərlə işləyən və yerli problemlərin həll ilə məşğul olan xa0bələdiyyələrin yeni layihələr və yaradıcı fikirlər sahəsində mövcud olan boşluğu beyin fırtınası metodundan istifadə etməklə doldurmaq mümkündür.Tətbiq edilmə mexanizminə gəldikdə Azərbaycanda bələdiyyələrin kollegial orqan olması imkan verir ki, yerlərdə bələdiyyə üzvlərindən və həmçini bələdiyyə qulluqçularından ibarət qruplar yaradılaraq beyin fırtınası metodu tətbiq edilsin.
xa0 xa0



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin