“MTN işi”x9dndə hətta triller janrında maraqlı film çəkməyə yetərincə "həyati material" var”x9d

Hazırda oxunan: “MTN işi”x9dndə hətta triller janrında maraqlı film çəkməyə yetərincə "həyati material" var”x9d

120250

“MTN işi”x9d ilə bağlı Baş Prokurorluğun apardığı araşdırmalar və bu araşdırmalar fonunda ortaya çıxan faktlar uzun illər ərzində Azərbaycanın milli təhlükəsizliyinin keşiyində duran generalların nəinki öz vəzifələrinin öhdəsindən layiqincə gəlmədiklərini, hətta bu şəxslərin ölkənin milli təhlükəsizliyi üçün bilavasitə təhlükə törətdiyini sübut etdi. MTN generallarının müdhiş cinayətləri ilə bağlı həm Azərbaycan, həm də dünya mediasında saysız-hessabsız məqalələr dərc olundu ki, bu məqalələrdə də tükürpədici cinayətlərlə bağlı çoxlu sayda informasiyalar yer aldı. Bu gün də öz aktuallığını qoruyan və istintaqı davam edən “MTN işi”x9d ölkə mediası üçün bitib-tükənməyən mövzu mənbəyi olaraq qalmaqdadır. Hansı ki, yaxın gələcəkdə yazıçı, kinossenarist və s. kimi digər yaradıcı şəxslərin də bu zəngin və hürküdücü mənbədən faydalanacağı istisna deyil. Belə ki, “MTN işi”x9d çərçivəsində baş verən olayların maraqlı romanlar, filmlər üçün əvəzedilməz ideya mənbəyi olduğu, sabiq MTN generallaırnın cinayətindən bəhs edən kitab və filmlərin heç bir halda oxucu qıtlığından əziyyət çəkməyəcəyi birmənalıdır.

Maraqlıdır, yaradıcı insanların MTN işindən bəhrələnmək niyyəti varmı? Onlar MTN generallarının cinayətindən bəhs edəcək əsərlərin, filmlərin perspektivinə inanırmı?

Bununla bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış yazıçı-ssenarist Eldəniz Quliyev “MTN işi”x9d ilə bağlı olayların maraqlı filmlər üçün sitimul ola biləcəyini vurğuladı. E.Quliyevin sözlərinə görə, əgər sabiq MTN generallaırnın törətdiyi qanunsuzluqlarla bağlı film çəkilərsə, bu cür filmdən böyük gəlir əldə etmək mümkün olar:

“Bəli, düşünürəm ki, belə bir filmin çəkilməsi geniş tamaşaçı marağı doğurardı, eyni zamanda, böyük gəlir də gətirərdi. Ancaq bu mövzulu ssenarilərin Azərbaycanda reallaşması bir o qədər də ağılabatan deyil; çünki siz demiş, məmləkətin milli təhlükəsizliyi keşiyində dayanmalı olan generallar və digər yüksək çinli zabitlər ölkənin milli təhlükəsizliyi üçün böyük təhlükə törədirsə, dəhşətli cinayətlərə imza atırsa, deməli, həmin dövlətin özü, daha doğrusu onun mahiyyəti elə təhlükə mənbəyidir. Deməyim budur ki, keçmiş MTN-nin kriminal-suprut əməlləri əslində, mövcud hakimiyyətin idarəçilik üsul-idarəsindəki qüsurları aşkarlamaq üçün vasitə ola bilər. Təbii ki, belə bir filmin ərəsəyə gəlməsinə qətiyyən imkan verməzlər. Amma yenə deyirəm: kriminal, detektiv, hətta triller janrında maraqlı bir film çəkməyə yetərincə "həyati material"var. Əlavə edim ki, haqqında danışdığımız bu reallıq, şəxsən məndə çöx acı təəssüf hissi doğurur...”x9d

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin