Son vaxtlar bəzi millət vəkilləri, ictimai-siyasi xadimlər tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Baş Prokurorluqdan ayrılmasının zəruriliyi ilə bağlı fikirlər səslənməkdədir. Təklif müəllifləri hesab edir ki, belə bir addım korrupsiyaya qarşı daha effektiv mübarizə baxımından zəruridir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə belə bir dəyişikliyə lüzum görmədiyini vurğulayıb:
“Hesab edirəm ki, bu qurumlar bir yerdə fəaliyyət göstərməlidir. Bu gün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sadəcə bir departament deyil. Onun rəhbəri baş prokurorun müavinlərindən biridir. Bunun özü dövlətin korrupsiyaya qarşı mübarizə verdiyi önəmi göstərir. Korrupsiyaya qarşı mübarizə ümumilikdə prokurorluq fəaliyyətinin bir hissəsidir. Ona görə də o idarəni prokurorluqdan ayırmaq, sanki prokurorluğu iki hissəyə ayırmaq demək olar. Bu səbəbdən də bu qurumların ayrıca fəaliyyət göstərməsinə ehtiyac yoxdur”x9d.
xa0
Seymur Əliyev



































































































