"Haqlı tərəfin yanında olmalıyıq..."

Hazırda oxunan: "Haqlı tərəfin yanında olmalıyıq..."

119263
Son günlər Türkiyə-Rusiya münasibətləri yenidən gərginləşməyə başlayıb. Ruslar Türkiyənin hava sərhədini pozmaqda davam edir. Artıq Türkiyənin baş naziri məsələ ilə bağlı açıqlama verərək rus təyyarələrinin Türkiyə hava sərhədini pozacağı halda vurulacağını bildirib. 

Maraqlıdır, hər iki ölkə ilə qonşu olan Azərbaycan bu məsələdə hansısa ölkənin tərəfini saxlamalı, yoxsa ənənəvi balanslaşdırma siyasətinə sadiq qalmalıdır?

Moderator.az-a açıqlama verən politoloq Hikmət Hacızadənin sözlərinə görə, ölkəmiz bu məsələdə Türkiyənin tərəfini tutumalıdır: "Biz bu məsələdə Türkiyənin yanında olmalıyıq. Ona görə yox ki, onlar bizə qardaş ölkədir. Türkiyə bu məsələdə haqlı tərəfdir. Onların hava sərhədləri pozulur. Türkiyə hökuməti ruslara dəfələrlə xəbardarlıq edir, amma ruslar buna məhəl qoymadan Türkiyənin hava sərhədlərini pozur. Ona görə də belə hesab edirəm ki, biz haqlı tərəfin yanında olmalıyıq”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin