1990-cı ilin Qanlı Yanvar hadisələrində gənc bir şair, Ülvi Yusif oğlu Bünyadzadə Vətəni valideyinlərindən, əzizlərindən, hətta gəncliyindən belə üstün tutdu. Cavan canını Vətənin müstəqilliyi, azadlığı yolunda qurban verdi.xa0
Moderator.az şəhid şairimizin bibisi, adını öz adıyla bərabər yaşadan xa0filologiya elmləri doktoru Almaz Ülvinin Gənclər günündə Azərbaycan gəncliyinə arzularını öyrənib.xa0
“Bu gün Gənclər günüdür, bütün Azərbaycan gənclərini, Vətənimizdə yaşayan, gözəl məqsədlər arzusu ilə xarici ölkələrdə təhsil alan, çalışan, qurmaq ”“ yaratmaq niyyəti ilə aşıb-daşan gəncliyimizi ürəkdən təbrik edirəm. Bugünkü gəncliyimiz unutmasın ki, onların əlçatmaq uca bir qalaları xa0”“ azad, müstəqil Azərbaycan adlı dövlətləri var! Onu göz bəbəyi kimi qorusunlar! Dünyada ondan gözəl, ondan şirin heç nə ola bilməz. O dövləti düz 25 il bundan əvvəl gənclərimiz halal qanları ilə yoğurub qurdular! Azadlıq mücadiləsi yolunda çox ağır günlər yaşandı. Bütün bunları Gənclərimiz hər gün, hər an xatırlasınlar və əllərində olan bu qəniməti göylərə yüksəltsinlər! O günlərdə 20 yaşlı bir gəncin yazdığı və azad, müstəqil Azərbaycan üçün canını qurban verən bir gəncin Vətən Andını xatırlatmaq istərdim: “Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm; bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim.xa0
İmza: B.ÜLVİ.10.09.89".
Bugünkü gənclik dünənki gəncliyin varisləridir: onların Vətən təəssübünə, torpaq qeyrətinə, dünyanın ən uca kürsülərində mövqe tutacaqlarına əminəm, Azərbaycan adını, Azərbaycan bayrağını yer üzünün bütün nöqtələrində şərəflə ucaldacaqlarına inanıram. Gənclərimizi çox-çox sevirəm, onlar bütün sevgilərə layiqdirlər!
Qoy bizim pak gəncliyimizi həmişə Vətən hənirtisi isindirsin, amin!”x9d
Rumiyyə



































































































