Hansı Nazirlik 50 ədəd "NAZ-Lifan" avtomobili alacaq?

Hazırda oxunan: Hansı Nazirlik 50 ədəd "NAZ-Lifan" avtomobili alacaq?

119007
Azərbaycan Müdafiə Nazirliyi “NAZ-Lifan”x9d avtomobilləri almağı planlaşdırır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-ya bildirilib ki, nazirlik yerli istehsal olan, Azərbaycanda yığılan və quraşdırılan nəqliyyat vasitələrinə, hərbi və xüsusi texnikaların istifadəsinə daim üstünlük verir: “Son iki ildə qoşunlar Azərbaycanda hazırlanan yüksək keçidli, praktiki baxımdan sərfəli, qənaətcil və yerli iqlim şəraitinə cavab verən “MAZ”x9d, “KamAZ”x9d markalı təkərli avtomobil və xüsusi texnika ilə təmin olunub. Bu texnikalar qısa müddətdə sınaqdan çıxarılıb və müsbət rəy qazanıb. Artıq 1 ildən çox müddətdir ki, qoşunlarda, həmçinin “NAZ-Lifan”x9d markalı minik avtomobillərindən də istifadə edilir. Bu maşınlar da öz praktikliyini sübut edib”x9d.

Məlumatda həmçinin qeyd olunur ki, yaxın vaxtlarda sərəncamdakı sıradan çıxmış, yaxud istismar müddəti bitmiş və qeydiyyatdan silinməyə hazırlanan minik avtomobillərinin yerli istehsal olan “NAZ-Lifan”x9d maşınları ilə əvəzlənməsi nəzərdə tutulub. İlkin mərhələdə bu tip 50 avtomobilin alınması planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin