“Seymur Baycan, sən Bəxtiyar Vahabzadənin kəsib atdığı dırnaq belə deyilsən. Özünü ona bərabər tutub haqqında nəsə söyləməyə sənin nə yaşın, nə ağlın, nə də əxlaqın çatır. Sən erməni xislətli adamsan, çünki yalnız erməni belə ifadələr söyləyə bilər”x9d.
Bunu Moderator.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu deyib.
E.Sabiroğlu yazar Seymur Baycanın xalq şairi Bəxtiyar Vahabzadə haqqında yazdığı xoşagəlməz ifadələrdən qəzəbləndiyini bildirib: “Bir Seymur Baycan var, qabağına çıxana bir daş atır, ağzına gələn söyüşləri söyür. Nə qədər fəxr ediləsi şəxsiyyətlərimiz varsa hamısına şər, böhtan atır, təhqir edir. Həmin o tərbiyəsizin Bəxtiyar Vahabzadə haqqında işlətdiyi ifadələri oxuduqca az qalır beynimə qan sıza. O, hansı millətin nümayəndəsidir, hansı millətin oğludur? Bəxtiyarın yazdığı kitabların, ədəbiyyatımıza verdiyi töhfələrin birini tərəziyə qoysaq, yüz dənə Seymur Baycanı çəkər. Dünənki gədə görün gəlib kimə meydan oxuyur...”x9d
“Belə davam etməməlidir”x9d deyən E.Sabiroğlu artıq bütün dəyərlərimizin alt-üst olduğunu söyləyib: “Dəyərli ənənələrimiz, adətlərimiz silinmək üzrədir. Dünən yumurtadan çıxan birisi ömrünü, həyatını xalqa, vətənə həsr etmiş qənimət şəxsiyyətlərimizi utanıb-qızarmadan təhqir edir və belə birisinə də “DUR!”x9d deyən olmur. Üstəlik, mətbuat vasitələrində ona bir qədər də qucaq açıb, əxlaqdan, mənəviyyatdan uzaq tərbiyəsiz yazılarına yer verirlər. Biz bununla hara gedirik, yaxşı nə varsa üzərindən xətt çəkirik. Belə olmaz axı!”x9d
Sabiq rəis aidiyyati qurumları, eləcə də Bəxtiyar Vahabzadəni sevənləri Seymur Baycanla bağlı dərhal lazımi tədbir görməyə çağırıb: “Tariximizi korlayan bu gənə qurdlarından xilas olmaq üçün dövlətimizin müvafiq qurumları təcili tədbirlər görməlidir. Onun etdikləri nə demokratiyaya, nə söz azadlığına, nə də özünü ifadə tərzinə uyğun gəlir. Azərbaycan Yazıçılar Birliyi bu barədə tədbir görməlidir, vaxtilə Seymur Baycan AYB-nin hörmətli nümayəndələrini, qələm sahiblərini də tənqid, təhqir obyektinə çevirmişdi. Axı bu yaramaz görkəmli adamlardan nə istəyir? Bəxtiyar Vahabzadə elə bir şəxsiyyətdir ki, onu unutmaq olmaz, o, bir tarixdir. Fransanın hökmdarı XIV Lüdoviq Balzak haqqında belə bir fikir səsləndirib: “Şan-şöhrət şəxsən Balzakın özü üçün lazım deyil, ancaq Fransanın şan-şöhrəti üçün Balzak bizə lazımdır”x9d. Bəxtiyar Vahabzadə də eynən bizim müstəqil Azərbaycanımızın şöhrəti üçün lazımdır. Və onu qorumaq hər birimizin borcudur. Seymur Baycanlara icazə vermək olmaz ki, belə şəxsiyyətləri ayağının altına salıb tapdalasın, tərbiyəsiz ifadələrlə onların ruhunu narahat etsin. Özümə gələ bilmirəm, hardadır bizim yazıçılar, şairlər, hardadır Bəxtiyarı sevənlər? Bu gün Bəxtiyar Vahabzadədən yapışan, sabah, birisi gün də başqalarından yapışacaq. Belə ləyaqətsizlərin qarşısı mütləq alınmalıdır. Əlbəttə ki, dediklərim bir qədər emosional oldu, ağır sözlər, ifadələr işlətməyə məcbur qaldım. Ancaq Seymur buna və bəlkə də daha betərinə layiqdir”x9d.
Rumiyyə































































































