Şagirdlərin döyülməsinə professordan ilginc şərh...

Hazırda oxunan: Şagirdlərin döyülməsinə professordan ilginc şərh...

118211
Qulaqburması olarmı? 



"Bizim ölkənin gələcək taleyi gənclərə nəyi 
və necə öyrətməyimizdən asılıdır" 

Heydər Əliyev

Kəlamdan göründüyü kimi təhsil üçün zəruri məsələ gənclərə dövrün tələbinə uyğun nələrisə öyrətmək, kafi məsələ kimi isə necə öyrətməkdir. Çünki biz savadlı olsaq, hər şeyimiz olacaq, savadsız olsaq hər şeyimiz əlimizdən (Göyçə, Borçalı, Dərələyəz, Qarabağ kimi) gedəcək. Demək, bizim üçün əsas şərt savadlı olmaqdır ki, səhvsiz qərarlar qəbul edək. Səhvsiz qərarlar qəbul etməklə insan şəxsiyyətə, dövlət isə qüdrətli dövlətə çevrilir. Bizim isə həm şəxsiyyərtlərə, həm də qüdrətli dövlətə ehtiyacımız böyükdür.  Bu məqsədə çatmaq üçün məktəbdə elmi- pedoqoji metodlar bəs etməyəndə, bəzən “qulaqburması”x9d  metodundan da istifadə etmək məqbul sayılır, çünki dərsi dərindən mənimsəmək məqsədi daşıyır. Dövlət də bu məqsədə çatmaq üçün  təhsilə böyük pullar xərcləyir.

Bizim klassik təhsil sistemimizdə fiziki cəza olubdu və cinayət sayılmayıb. Sovet dövründə də  təhsildə cəza metodu təqdir edilməsə də, cinayət də sayılmırdı. Güman edirəm ki, “qulaqburma olmaz”x9d tezisi bizim tarixi-pedoqoji təfəkkürün məhsulu deyil, xaricdən gələn ideoloji müddəadır. Yeri gəlmışkən “müəllim-valideyin”x9d münasibətinə dair təhsil tariximizdən ibrətamiz bir misal çəkmək istəyirəm.

İldırım Bəyazidin oğlu Əmir Süleyman dərslərinə pis çalışırdı. Şahzadənin tənbəlliyini görən müəllim onu falaqqaya yatırıb zoğal çubuqla döyür. Şahzadə atası İldırım Bayazidin yanına gedərək müəllimindən şikayət edir. 

Padşah  müəllimin yanına gələrək soruşur: 

- Oğlum Süleymanı niyə döydün?

- Sabah şahzadə böyük bir dövlətin başına keçəcək. Cahil qalarsa, dövləti idarə edə bilməz, çünki elmdən bixəbərdir - deyir. 

- Sabah mən bura yenə gəlib soruşacam. Bu dəfə zopa ilə mənə hücum edərsiniz.

Ertəsi gün İldırım oğlu ilə bərabər xocanın yanına gəlir və oğlunun döyülməsinin səbəbini soruşur. Xoca zopanı götürüb padşahın üzərinə hücum edir. Oğlu və İldırım oradan qaçırlar. 

- Görürsənmi, xocanın qəzəbindən mən də qorxdum. Dərslərinə çalışmaqdan başqa çarə yoxdur. Bizi bu xocalar belə yetişdirmişlər.

Atasının xocadan qorxduğunu görən Süleyman dərslərinə müntəzəm çalışmağa başladı. 

Əlavə şərhə ehtiyac duymuram.  İnanmıram ki, dünya təhsil tarixində “müəllim-valideyin”x9d münasibətinə dair bundan dəyərli missal tapmaq çətindir. Müdriklyə diqqət yetirin. Türk Sultanı özünü “gözdən salır”x9d ki, müəllim gözdən düşməsin. Bu səbəbdən də keçmiş zamanlar atalar uşalarını xocaya təhvil verəndə, «əti sənin, sümüyü mənim» ”“ deyərdilər. Biz isə müəllimi cəzalandırmaq üçün sanki girəvə gözləyirik.  Düşmən feli olaraq “qulaqburma olmaz!”x9d tezisi, fənni başa düşmək  amma dərindən mənimsəməmək niyyəti daşıyır.
 
Sumqayıtda, sonra da digər məktəblərdə  baş vermiş “müəllim-şagird”x9d münaqişəsinə münasibətdə cəmiyyətdə müdrüklük çatmadı. Məktəbdə münaqişə o zaman baş verir ki, müəllim  öz məsuliyyətini anlayır, şagird isə anlamır. Mənimsəmə (inkişaf) xətrinə müəllim qulaqburmadan istifadə edib, cəmiyyət isə onu düzgün qiymətləndirmir. KİV-lər, TV-lər  “xəstəliyin”x9d kökünü can həkimindən yox, mal həkimindən soruşurlar. Nəticədə cəmiyyətə ötürülən məlumatlar ziddiyətli, çox vaxt şablon düşüncənin məhsulu oldu və çaşqınlıq yaratdı.  

Savadlı olmağın resepti bütün dövlətlər üçün eyni deyil. Çünki dünya dövlətlərində düşüncə eyni deyil. Düşüncə müxtəlf olduğundən eyni hadisəyə baxış da müxtəlifdir. Təhsildə qulaqburması da bir ölkədə cinayət sayıla bilər, digərində isə yox.  Bu fərqləri doğuran səbəblər var. 

Dünya dövlətləri BMT tərəfindən üç qrupa bolünür: I dünya dövlətləri,  II  və  III dünya dövlətləri. Bu dövlətlərdə həyat tərzləri çox fərqlidir, çünki əhalinin iqtisadi, mədəni, mənəvi, təhsil səviyyələri müxtəlifdir. İnkişaf səviyyəsinə görə Türkiyyə, RF, Çin, İran, Azərbaycan, Gürcüstan və s. kimi dövlətlər II qrupa aiddirlər. İstənilən qrup daxilində dövlətlərin təhsil göstəricilərini müqayisə etmək çox əhəmiyyətlidir, ancaq qruplar arası müqayisə şox zərərlidir. Misal üçün, Avstriya ilə Çexiyanın təhsilini müqayisə edib, uğurları bölüşmək və ya qüsurları aradan qaldırmaq olar. Çünki oxşar düşüncəyə, iqtisadiyyata və mədəniyyətə malikdirlər. Ancaq II dünya dövləti olan Gürcüstanın təhsilini I Dünya dövləti olan Avstriyanın  təhsili ilə müqayisə etmək olmaz, çünki fərqli düşüncəyə, iqtisadiyyat və mədəniyyətə sahibdirlər. Avstriya məktəblərində rüşvət ağlagəlməz bir şeydir, ancaq sovetlərdən qopmuş istənilən ölkədə bu ağıla gələn bir şeydir. İnkişaf etmiş dövlətlərdə “qulaqburması”x9d yoxdursa, bu o demək deyil ki, inkişaf etməkdə olan dövlətlərdə də belə olmamalıdır. Əminəm ki, II dünya dövlətlərinin çoxunda  təhsildə “qulaqburma”x9d metodundan istifadə edilir. 

Güman edirəm ki, Avstriyanın bugünkü təhsil qaydaları, keçmişin qaydalardan çox fərqlidir. Yəqin ki, keçmişdə də uşaq ya dərs üstündə, ya da tərbiyə səbəbindən cəzalandırılıb. Yəni qulaqburma (qorxu) faktorundan istifadə edilibdir. Bununla bərabər ABŞ-ın bir çox ştatlarında, Sinqapurda, Cənubu Koreyada  təhsildə cəza verməyə  bu gün də qadağa yoxdur. Ona görə ki, qorxunun müalcə etmə xassəsi var. Bunu din də, qüdrətli dövlətin varlığı da, beynəlxalq təcürbə də deyir. Bizdə el misalı var: "Qızıni döyməyən özünü  döyər." 

İnkişaf etmiş ölkələrində təhsil dərk edilmiş həqiqətdir. Yəni məktəbdə həm subyekt  (müəllim), həm də obyekt (şagird) təhsilə şüurla yanaşır və təhsilin hikmətini dərindən dərk edirlər. Hər kəs başa düşür ki, uşaq məktəbə oxumağa yox, öyrənməyə, başa düşməyə yox, mənimsəməyə gedir. Uşağa pulla qiymət yazdırmaq heç kəsin ağlına gəlmir. Heç kəs övladın pulla ali məktəblərə yerləşdirmir. Gənclər istədiyi müəllimləri, sinifləri, fənləri seçdiklərinə görə, həvəslə dərsə gedirlər, öyrənirlər və dərsdən yayınmırlar. “Qulaqburma”x9d heç ehtiyac da qalmır. 

II Dünya ölkələrində bəzi müəllim, şagird və valideyin üçün hələ təhsil dərk edilməmiş həqiqətdir.  Bu işdə müəllimi cəzalandırmaq düz deyil, çünki onun qulaqburması dövlət mənafeinə uyğundur, xoş niyyətlidir. (Cərrah bıçağının altına düşənlər ağrılara dözür, çünki cərrah onun ətini xoş niyyətlə doğruyur.)  Başqa pedoqoji üsullar kömək etməyəndə mənimsəmə məqsədi güdən qulaqburmasından da istifadə etmək məqsədəuyğundur. Çünki, savadsız adamı aldatmaq və tovlamaq asandır. Necə ki, rəhmətlik Bəhmən Vətənoğlunun bir misrasında deyirdi: ”x9dəllərinə qurban olum, ay ata”x9d. Yəni vaxtında atası oğluna “qulaqburması”x9d verməsəydi, ondan Bəhmən alınmazdı.
 
Qeyri-səmimi “dostların”x9d ideologiyasına aşiq olmağa ehtiyac yoxdur. Xaricdən gəlib bizə dərs verənlərə demək lazımdır ki, qardaşım, bizim təhsilin tarixi, qayda - qanunu qədimdir, mükəmməldir. Bir keçmişdən gələn təhsil müddəasına fikir ver: “5 yaşına kimi uşağa qul ol; 1 -15 yaş arası usagı qul et; 15 yaşdan sonar onunla dostluq et”x9d. “Şagirdə dəymə, toxunma”x9d qaydalarınızı gedin başqa yerlərdə tətbiq edin.

“Qulaqburması”x9d vermək olmaz tezisi heç bir müsbət məqsəd daşımır, ancaq müəllimi sinifdə gözdən salmaq, bununla da təhsili çürütmək məqsədi daşıyır.  Sovetlərin ilk dövründə iti məscidə bağlamaq nə qədər zərərli idisə, indi müəllimi gözdən salmaq da bir o qədər zərərlidir. O zaman dinimizi bada verdik, indi isə təhsilimizi əldən gedir.   

İinanıram ki, biz də I Dünya ölkəsinə çevriləndə, yəni bizim üçün də təhsil dərk olunmuş həqiqət olanda, nəinki məktədə şagirdlərə qulaqburması verməyəcəyik, heç sahibsiz itləri belə güllələməyəcəyik, ovdan da imtina edəcəyik və xəz paltolu müəllimələri sinifə buraxmayacağıq. Sumqayıtlı İdris müəlliminin cəzalanması müdrüklük qıtlığından törəyibdir.  

Professor Şahlar Əsgərov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin