Rövnəq Abdullayev 20 milyon dollarlıq villalara görə təcili toplantı keçirir ”” (YENİLƏNİB)

Hazırda oxunan: Rövnəq Abdullayev 20 milyon dollarlıq villalara görə təcili toplantı keçirir ”” (YENİLƏNİB)

117845
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar hazırda şirkət tərəfindən araşdırılır.

SOCAR-dan Moderator.az-a verilən məlumata görə, bu məsələ şirkətdə mövcud olan korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq araşdırılır, nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.

Qeyd edək ki, dünən mətbuatda Q.Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi alması barədə məlumatlar yayılıb.

***



SOCAR-da şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə iclas keçirilir.

İclasda vitse-prezidentlər, idarə və şöbə rəisləri, onların müavinləri, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak edir.xa0

Dünən mediada barəsində şok məlumatlar yayılan SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev də iclasa qatılanlar arasındadır.

Qeyd edək ki, dünən mətbuatda Q.Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi alması barədə məlumatlar yayılıb. Bildirilir ki, Q.Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır.

M. İsmayılov SOCAR sistemində bütün tikinti və maliyyə işlərini kurasiya edir və layihələri Qiymət Mehdiyevin əli ilə həyata keçirir.(Lent.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin