“Türkiyə ya Yaxın Şərqli, ya da Orta Asiyalı olmalıdır”x9d

Hazırda oxunan: “Türkiyə ya Yaxın Şərqli, ya da Orta Asiyalı olmalıdır”x9d

117767

Şeirləri ilə yanaşı, maraqlı analitik yazılarıyla tanıdığımız Heydər Oğuz Türkiyə - Azərbaycan münasibətlərinin perspektiviylə bağlı mövqeyini yazdığı statusla bölüşüb.

Moderator.az xəbər verir ki, şair-publisist öz statusunda ABŞ-ın ikinci adamı kimi tanınan Co Baydenin Türkiyə səfəri zamanı dilə gətirdiyi bir məqama toxunub.

Xatırladaq ki, cənab Bayden keçirdiyi mətbuat konfranslarından birində Türkiyəni Yaxın Şərq və Azərbaycanda ciddi təsir gücünə malik müttəfiq adlandırmışdı. Görünür, bu açıqlamanı ABŞ-ın Türkiyəyə yeni missiya biçməsi kimi qiymətləndirən şair-publisist paylaşdığı statusunda bildirib:

“Baydenin Türkiyənin təsir dairəsi ilə bağlı mövqeyi olduqca təhlükəlidir. Açığı, bu mövqedən məzhəb savaşının Azərbaycana sıçradılması niyyətinin qoxusu gəlir.

Ümumiyyətlə, Türkiyə öz təsir dairəsi prinsipinə yenidən nəzər salmalıdır. O, ya Yaxın Şərqin, ya da post-sovet məkanının model dövləti anlayışlarından birini qəbul etməli, yalnız bir istiqamətdə işini qurmalıdır.

Nədən ki, Yaxın Şərqdəki anlayışıyla Azərbaycana girmək istəsə, bunun mütləq nəticəsi məzhəb savaşıdır. Ölkəmizin yarısından çoxunun şüurunda olmasa belə, şüuraltında şiəçilik düşüncəsi yatır. Dolayısyla, sünnülük təfəkkürünün toplumumuza təlqini İranın əlini gücləndirər, vətəndaşlarımızı üz-üzə qoyar, Yaxın Şərq ssenarisinin Azərbaycana köçürülməsinə yol açar.

Türkiyənin Azərbaycana sirayət etməsinin ən məqbul variantı demokratik prinsiplərə söykənən dünyəvi ideologiyalardır. Bu zaman isə geopolitik sərhədləri Yaxın Şərqə qədər uzanan coğrafiyaya aid edilməyimiz anlaşılmazdır”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin