“Rusiyanı hərb dilində danışmağa həvəsləndirmək qorxulu tendensiyadır”x9d

Hazırda oxunan: “Rusiyanı hərb dilində danışmağa həvəsləndirmək qorxulu tendensiyadır”x9d

117695

“Rusiya Ukraynada müharibəyə cəlb olunmayıb, əksinə Rusiya Ukraynaya hərbi təcavüz edib, müharibəni başlayıb. Velikorus şovinizmi və Rusiyanın yeni imperiya ambisiyaları müzakirə mövzusu ola bilər”x9d.

Bunu Moderator.az-a açıqlamasında “Borçalı”x9d Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Onun sözlərinə görə, Rusiya post-sovet ölkələrinin Qərbə inteqrasiyasına biganə yanaşa bilmir və buna zorakı metodlarla cavab verir:

“ Rusiya post-sovet ölkələrinin demokratikləşməsində və Avropaya inteqrasiyasında maraqlı deyil. Fikrimcə, heç bir post-sovet ölkəsinin rahat şəkildə demokratikləşməsi və Avrointeqrasiya yolu ilə getməsi mümkün deyil.

Ukrayna xalqı öz Avrointeqrasiya yolunu seçdi. Gürcüstan da eyni ilə. Hər iki halda təcavüzkar Rusiya oldu. Hamı anlamalıdır ki, uzun müddətli azadlıq və demokratik dünyanın bir hissəsi olmaq istəyi qəti olan istənilən dövlət və xalq indiki mürtəce Rusiya siyasi-hərbi maşını ilə toqquşmalıdır. Bu toqquşmaya hazır olmayan toplumun və dövlətin istənilən an imperiya tırtılları altında qalmaq ehtimalı realdır.

Təbii ki, Rusiyanın öz yaxın çevrəsində enerji itkisi strateji maraqlarının gerçəkləşməsinə mane ola bilər. Unudlmamasını faydalı bilirəm ki, Rusiyanı hərb dilində danışmağa həvəsləndirmək də qorxulu tendensiyadır. Rusiyanın hər zaman çıxış yolu zor olmuşdur. Rusiyanın demokratikləşməsi və diplomatiyanın gücü və dinamikliyi sığortalayıcı amil ola bilər. Ukrayna rus təsirindən mütləq anlamda qələbə ilə çıxmalıdır. Əks halda motivə olunmuş rus ayısı ilhaq hərəkətinə keçə bilər ki, bu da Azərbaycana yaxşı nəsə vəd etmir. Odur ki, Azərbaycan və Türkiyə bütün görünməyən vasitələrlə Ukrayna xalqının yanında olmalıdırlar”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin