Manatın məzənnəsinin kəskin şəkildə aşağı düşməsindən sonra ölkədə müşahidə edilən bahalaşma dalğası insanların sosial-iqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə gərginləşdirib. Azərbaycanın bəzi regionlarında baş verən etiraz aksiyaları, intiharlar da mövcud vəziyyətin milyonlarla insanın həyatını yaşanmaz hala gətirdiyini göstərir.
Vəziyyətin
kritikliyi ali siyasi hakimiyyəti müxtəlif islahatlar həyata keçirməyə məcbur
edib ki, bura vergi və gömrük sistemində həyta keçirilən dəyişikliklər, bəzi
dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, dövlət balansında olan bir
sıra qurumların özəllşdirilməsi, yerli istehsal sahələrinin yaradılmasına diqqətin
artırılması və s. daxildir.
Maraqlıdır,
hakimiyyətin həyata keçirdiyi məlum anti-böhran tədbirləri ölkənin içində
olduğumuz böhrandan qurtulması üçün yetərlidirmi? Hakimiyyətin böhranla daha
effektli mübarizə üçün atmalı olduğu, fəqət atmadığı hansı addımlar var?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri,
politoloq Sülhəddin Əkbər ölkədəki vəziyyətin kifayət qədər gərgin və
acınacaqlı olduğunu bildirib. Partiya sədrinin sözlərinə görə, mövcud vəziyyətdən
qurtulmaq üçün köklü islahatların həyata keçirilməsi zəruridir:
“Mövcud
vəziyyətin ciddiliyi və bundan çxıış yolları ilə bağlı ən çox təklif səsləndirən
şəxslərdən biri də mənəm. Lakin mən çox təəssüf edirəm ki, siyasi hakimiyyətin
vəziyyətin ciddiliyini lazımi səviyyədə qiymətləndirmir. Ən qəribəsi isə budur
ki, hakimiyyət ölkəni bu böhrana salan komanda ilə də böhrandan qurtulmağa
çalışır. Bu isə kökündən yanlış bir yanaşmadır. Söhbət dövlət idarəçilik
sistemindəki böhrandan gedirsə, deməli orada köklü islahatlar aparılmalıdır. Nə
qədər ki, bu hökumət var, bu hökumətin mövcudluğu şəraitində həyata keçirilən hər
hansı islahatın nəticə verəcəyinə inanmıram. Sizə bir nümunə deyəcəm. İlk
baxışdan müsbət təsir doğuran bir qərar qəbul edilib. Bu qərar Azərbaycanda sənayenin
inkişafı, əlverişli investisiyaların cəlbi ilə bağlıdır. Investisiya təklif sənədi
alanlara çox böyük güzəştlər ediləcək. Mən soruşmaq istəyirəm, bu investisiya təklif
sənədini kim verəcək, hansı şərtlərlə verəcək, kimə verəcək? Orada şəffaflıq təmin
ediləcək, yoxsa yox? Yoxsa bunun özü də korrupsiya mənbəyinə çevriləcək? Mən əminəm
ki, korrupsioner hökumət qaldıqca, bu, əlavə korrupsiya mənbəyi rolunda çıxış
edəcək. Istədikləri adamlara bu sənədi verəcək, bunun faydalarından özləri, öz
yaxınları bəhrələnəcək”x9d.
Politoloqun
fikrincə, vəziyyəti müsbətə doğru dəyişmək, sosial-iqtisadi durumu
yaxşılaşdırmaq üçün ölkədə islahatçı hökumətin qurulmasına böyük ehtiyac var:
“Necə
ki, ölkədə yeni islahatçı hökumət qurulmayıb, fəaliyyət şəffaflığı şübhə
doğurmayan hökumət yaranmayıb, qanunun
aliliyi təmin olunmayıb, müstəqil məhkəmə sistemi yoxdur və s. belə bir şəraitdə
ölkəni bu vəziyyətə salan hökumətin bu ölkəni saldığı vəziyyətdən çıxartması
mümkünsüz görünür. Hakimiyyət bu həqiqəti gec-tez başa düşməlidir. Buna uyğun
da addımlar atmalıdır. Əks təqdirdə, əsasən inzibati tədbirlərdən ibarət olan
anti-böhran tədbirləri nəticə verməyəcək. Əksinə, mövcud vəziyyət bir qədər də
ağırlaşacaq”x9d.
S.Əkbər
hesab edir ki, ilk olaraq mövcud hökumət buraxılmalı, onun əvəzinə şəffaf,
islahatlara meyilli hökumət formalaşmalıdır:
“Vəziyyəti
dəyişmək üçün kompleks, sistemli, ardıcıl və davamlı addımlar atılmalıdır. Bu
addımlar isə ilk növbədə hökumətin buraxılmasından başlamalıdır. Sözün həqiqi mənasında
islahatçı bir hökumət qurulmalıdır. Bu hökumət isə şəffaf, hesabatlı şəkildə fəaliyyət
göstərməlidir”x9d.
Partiya
sədrinin qənaətincə, yaxın gələcəkdə işsizliyin artması vəziyyəti daha dözülməz
edəcək:
“Bizim
ekspertlərin apardığı hesablamalara görə bir milyondan çox işsiz yaranacaq. Bu
qədər isşiz harda işləyəcək? Onların dolanışığını kim təmin edəcək? Məgər ölkədə iş yerləri var ki, bu
insanların iş problemi həll edilsin? Və ya məsələnin başqa tərəfinə diqqət çəkək.
Bu gün işləyənlər nə maaş alır ki? Aldıqları maaşlar bu insanların həyatını təmin
edirmi? Manatın devalvasiyası davam etdikcə, alınan maaşlar da öz dəyərini itirəcək”x9d.
Politoloqun
sözlərinə görə, proseslərin gedişatı yaxın gələcəkdə daha ciddi sosial
etirazların baş qaldıracağını proqnozlaşdırmağa imkan verir:
“Bir tərəfdən
kütləvi ixtisarlar gedir. Iş yerləri bağlanır. Işləyənlərin aldıqları maaşlar
azalır. Belə bir vəziyyətdə ölkədə sosial etirazların meydana gəlməsi təbbidir.
Hesab edirəm ki, sosial etirazlar yaxın gələcəkdə daha qabarıq şəkildə özünü
büruzə verəcək. Hakimiyyə də, cəmiyyət də buna hazır olmalıdır. Lakin o zaman
atılacaq addımlar çox gec olacaq. Belə davam edəcəyi təqdirdə hakimiyyət bir
müddətdən sonra seytnot vəziyyətinə düşəcək və onun vəziyyətdən çıxmaq üçün tədbir
görməyə də vaxtı qalmayacaq. Ən təəssüfedici hal odur ki, vəziyyətin
ciddiliyini hakimiyyət hələ də başa düşmüş deyil. Hakimiyət elə başa düşür ki, əvvəlki
vaxtlarda olduğu kimi, baş verən hər hansı etirazı zor gücünə yatıra, prosesləri
nəzarət altına ala biləcəklər. Yalanlarla, inzibati metodlarla vəiyyətdən çıxa
biləcəklər. Onlar bu məsələdə olduqca yanılırlar. Vəziyyət kifayət qədər ağırdır
və getdikcə daha da ağırlaşacaq”x9d.
Seymur Əliyev

























































































