20 Yanvar hadisələrinə kəskin etiraz edilərək yazılmış əsərlərdən biri də Məmməd Aslanın “Ağla, qərənfil, ağla”x9d əsəridir. Hər bir vətəndaşımıza əsl yaddaş ağrısı kimi təqdim olunan bu əsər dəfələrlə şairin müxtəlif kitablarında işıq üzü görsə də, ilk dəfə ayrıca kitab halında 2014-cü ildə nəşr edilmişdir.
Həmin nəşrin ön sözündə Eldar Kərimov yazır: “Ağla, Qərənfil, ağla”x9d 1990-cı il 20 Yanvar faciəsi günündə, şəhidlər məzarlığına aparılan şəhidlərimizin arxasınca onların xatirəsinə həsr edilmiş ilk şeir oldu. 20 Yanvar faciəsinin ertəsi günü yazılan şeir xalqımızın başına gətirilən müsibəti öz açıqlığı ilə ortaya qoydu və tez bir vaxtda dillər əzbərinə çevrildi. Həmin şeirlə günahsız insanlara mərhəmət edilmədən işlədilmiş bu cinayət sadəcə tarix kitablarının səhifələrində deyil, həm də Azərbaycan xalqının yaddaşına həkk olundu”x9d. Sitatda da qeyd edildiyi kimi, bu əsər yazılarkən şeir adlandırılıb. Lakin əsərin həcminə və problematik yükünə görə bu şeiri poema kimi təqdim edə bilərik. Müəllif özü əsərə “Qərənfil - şəhid qanı”x9d başlıqlı nəsrlə giriş də yazıb. Həmin girişdə dörd dənə beş misralıq bəndlər də var. Amma şair etiraf edir ki, “Qanı axıdılmış yaralara- istər insan olsun, istər torpaq, istərsə də yolkənarı ağacların qol-budağı - ümumiyyətlə, bu yaralarımıza məlhəm kimi qoyulan qərənfillərə bir şəhid qanı kimi baxdım. Balalarımıza yuxarıdakı misralarla yas saxladım. Ana-bacı dilindəki yas nisgilinin ağrı-acısının yerini verə biləcək ifadə aradım. Xalq dilindəki nisgilli bir sözü telləndirib, qəlbimə dolan dərdi boşaltmaq istədim”x9d. Məlum olur ki, şeir “Dağlara gün düşübdü: Açıl, bənövşəm, açıl”x9d və onun əksi olan “Dağlara qar düşübdü: Yumul, bənövşəm, yumul!..”x9d misralarının ahənginə uyğun qurulub. Belə ki, gəraylı şeir şəkli kimi qafiyələnən bu əsər yeddi hecalıdır. Səbəbini yazar belə açıqlayır; “Bu şeirdən ikinci dəfə yararlanıb bayatı dili ilə şəhidlərimizə yas saxlamaq istədim”x9d.
Məmməd Aslanın ağlayan qərənfili...
İlk baxışdan lirik şeirlər toplusu kimi görünən bu əsər özünəməxsus daxili süjetə malik bir poemadır. Belə ki, şair əsərin başlanğıcında göylərin - tanrının məskəninin qarışıq olduğunu xatırlatmağı unutmur. İkinci bənddən aydın olur ki, bunun səbəbi “sirr düyünlü kisə”x9dlərə görə “dünyada vəsvəsə”x9d olmasıdır. Bu vəsvəsə isə məhz “bu gecə nəsə”x9d olacağına eyham vurur. Sonra şair bu ifrit, nifrət gecəni “qudurmuş bir it gecə”x9d kimi təqdim edir. Çünki “gecə fitnə toxuyur”x9d. Elə bu zaman şairin verdiyi “Kim yazır, kim oxuyur?!”x9d sualı ekspozisiyanı-girişi tamamlayır. Yada “Cırtdanın nağlı”x9dndakı divin sualı düşür: “Kim yatıb, kim oyaq?!”x9d Yatanlara oyaqlar elə bir divan tutdular ki, neçə illərdir həmin cinayətkarların cəzalandırılması xəlbirlə gətirilən suya bənzəyir. Amma Cırtdan öz yoldaşlarını xilas etmək üçün oyada bilmir. Azğınlaşmış divə bənzəyən sovet ordusu xalqın qanını elə axıdır ki, o qanı xəlbirlə də daşımaq mümkün oldu. Şair isə qan qoxuyan bu gecəni cəllad, zülmət, zillət gecə deyə lənətləyərək zavyazka mərhələsinə keçir.
Orijinal bir düyün vurulur. Bu gecəni belə fərqli, özünəməxsus olmağa vadar edən sovet qoşunu Göy qübbəsini yerə çökdürərək, hönkür-hönkür ağlatmağı bacarır. Qırmızı imperiya ordusunun törətdiyi bu qırğın “sanki dünya dağılır”x9dmış kimi təsir bağışlayır. Ona görə ki, “bu gecə şər doğulur”x9d. Bütün bəşər bu doğulan şərin necə meydan açdığını görüb donuxub. Belə bir hadisənin səbəbkarı ola biləcək gecə qurşun da, qanlı qoşun da doğa biləcək gücə malikdir. Bu gücün harada istifadə edildiyini göstərməklə şair əsərin kuliminasiya nöqtəsini müəyyənləşdirməyə nail olur. Həmin gücün istifadə ediləcəyi obyekt əliyalın xalqımızdır ki, onun üstünə “tank gəlir dəstə-dəstə”x9d. O tankların “yoluna güllə çıxsaq”x9d da, “əvəzi: güllə ancaq!”x9d Lakin hara qaça bilərik, gedəcəyimiz yer yox. Əlacı kəsilən şair tarixi qəhrəmanları imdada səsləyir. Qarabəkirdən soraq çıxmayanda, “Gəlməzmi Ənvər paşa”x9d- deyə sual verir. Elə Nuru paşa da qardaş harayına yetmək üçün gecikir. Bu mərhələdən sonra yazar razvyazkaya keçir. Vurğulanır ki, bu “düşünülmüş planlar”x9d mütləq gerçəkləşdirilməliydi. Qəfil qışqıran toplarla gecə qan fışqırmalıydı, fışqırdı da. Məmməd Aslan bu qırğının niyəsini də açıqlayır:
Qırırlar-bizik deyə!
Haqqına düzük deyə!
Astarsız üzük deyə,
Ağla, qərənfil, ağla!
Bircə an da kəsilməyən güllələrdən ev-eşiklər gülləbarandır, gənclər, qocalar isə qurşuna tuş gəlir. Nədənsə, şair əsl günahkarların sırasına “Doxsan- bizə nəs gəldi”x9d- deyə tarixi də əlavə edir. Belə bir tarixi fəlakəti yaşamağa məhkum edildikdən sonra bütün ümidlər üzülür ki, “çətin çıxaq sabaha...”x9d Haqqa pənah gətirənlərin necə pənahsız qalması günahları qurşağa çıxartdı. Heyrətdən donmuş şair, özünü itirsə də, soruşmağa macal tapır ki; “can gedib, cəsəd hanı?!”x9d Bəs öldürülənlərin meyidləri haradadır?! Axı açıq-aşkar görünür ki, “Qan götürdü dünyanı...”x9d Cavanları da tanklar altında qoymaqdan həzz aldılar. O nakamların analarına isə yalnız sinələrini yırtıb, saçlarını yolmaq qaldı. Onların övladlarının qanıyla Abşeron qan dənizinə döndü. Şəhidlərə bacı olan qərənfil də ağlamaqdan başqa neyləyə bilərdi ki?! Çünki “Gözəllər gözəl ağlar”x9d.
Əsərin sonlarına yaxın şair qərənfilə “Ağla öz dərdinə də”x9d deməyi unutmur. Xatırladır ki, artıq qərənfil bilməlidir ki, “Al qanıma batmısan”x9d. Bununla da qərənfil özünü xonçalarda gülməkdən, toylarda gəlməkdən məhrum etmişdir. Hər gözə qərənfil dəyəndə yada yalnız o gecə düşər. Axı həmin gecə toyu yasa çevrilən qızlarımız da oldu. Finala yaxın şair qərənfili hər şey üçün ağlamağa çağırır. Onun da bircə səbəbi var: “Xeyirə şər üstün gəldi”x9d.
Təqdim etdiyimiz kimi bu əsərə diqqətlə nəzər salanda onun ciddi süjet xəttinə malik, lirik olsa da epik hadisələri sərgiləyən bir poema olduğunun şahidi oluruq.
Gülnar Səma































































































