Bugünlərdə Azərbaycanda “Anti-armenia Team”x9d adı ilə tanınan hakerlər qrupu Ermənistanın 47 saytını sıradan çıxardıb, həmin saytlarda 20 Yanvarla bağlı fotolar və videolar yerləşdirib.
Xatırladaq ki, “Anti-armenia Team”x9d bundan öncə də düşmənin bir çox saytlarını sıradan çıxartmış, erməni saytlarına uğurlu kiber hücumlar təşkil etmişdir.
Maraqlıdır, “Anti-armenia Team”x9d və bu qəbildən olan qruplara dövlət tərəfindən dəstək göstərilməlidirmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən QAT sədri Akif Nağı dövlətin bu qruplara diqqət cəlb etmədən dəstək verməsinin məqsədəuyğun olduğunu vurğulayıb:
“Müasir dünyada kiber müharibənin böyük əhəmiyyət kəsb etdiyi danılmazdır və kiber müharibə III Dünya savaşının mühüm komponenti kimi dəyərləndirilə bilər. Bu baxımdan düşmən saytlarının sıradan çıxarılması, bu saytlara kiber hücumların təşkili mühüm əhəmiyyət kəsb edir. Lakin bu, incə bir məsələ olduğundan dövlətin aşkar və nümayişkəranə şəkildə düşmənə qarşı kiber hücumlar həyata keçirən qruplara dəstək verməsi düzgün olmaz. Bundan Azərbaycan dövlətinə qarşı istifadə edə bilərlər. Buna görə də, dövlət bu qruplara sakit şəkildə, diqqət cəlb etmədən dəstək verməlidir.
Biz bütün mümkün vasitələrlə düşmənə ziyan vurmağa çalışmalıyıq. Bu baxımdan erməni saytlarını dağıdan qruplara dövlət tərəfindən diqqət və qayğının göstərilməsi məqsədəuyğundur”x9d.
Seymur Əliyev




































































































