“Adı “MTN işi”x9dndə hallanan bəzi şəxslərin hələ də azadlıqda olması çoxsaylı fərziyyələrə yol açır”x9d.
Bunu Moderator.az-a açıqlamasında sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bildirib. N.Hacıyevin sözlərinə görə, əlaqədar qurum və şəxslər mətbuat qarşısına çıxaraq bu şəxslərin niyə azadlıqda olmasını izah etməli, informasiya qıtlığı şəraitindəxa0 yalan, əsassız informasiyaların yayılmasını əngəlləməlidir:
“Bu gün insanları narahat edən, onlarda maraq doğuran məsələlərdən biri tabeçiliyindəki şəxslərin həbs edilməsinə baxmayaraq, bəzi sabiq MTN yetkililərinin hələ də azadlıqda olmasıdır. Bəlkə də onların məsuliyyətə cəlb edilməsi üçün doğrudan da yetərincə əsas yoxdur. Bəlkə də indiki mqəamda onların həbsi məqsədəuyğun hesab edilmir. Bəlkə də ortada tamam başqa məsələlər var. “MTN işi”x9d ilə məşğul olan qurum, bu işi araşdıran şəxslər susmamalı, mətbuatla mütəmadi əlaqə saxlayaraq media əməkdaşlarını maraqlandıran sualları cavablandırmalıdır. Bu, cəmiyyətdəki narahatlıqlara son qoymaqla yanaşı, adı “MTN işi”x9dndə hallanan bəzi şəxslərin niyə həbs edilməməsinə də aydınlıq gətirərə. Hesab edirəm ki, indiki məqamda buna çox böyük ehtiyac var. Əks təqdirdə, məlum məsələ ətrafındakı şaiyə və fərziyyələrin sayı durmadan artacaq və bu əsl həqiqətlərin kölgədə qalmasına səbəb olacaqdır”x9d.
xa0
Seymur Əliyevxa0































































































