Sosial təminat müəssisələrində çalışanların əmək haqları artırıldı

Hazırda oxunan: Sosial təminat müəssisələrində çalışanların əmək haqları artırıldı

116748
Dövlət başçısı İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
 
Moderator.az -ın xəbərinə görə, sərəncama əsasən, sosial təminat müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
 
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin