Moderator.az tanınmış hüquqşunas Aslan İsmayılovun son paylaşdığı statusu təqdim edir:
"Əvvəllər hakimiyyət təmsilçilərinə müraciət edirdim ki, korrupsiya tüğyan edir, sahibkarlıq çökdürülür, məhkəmələr al-ver məkanına çevrilib, məmur özbaşnalığı bütün əndazələri aşıb, insanlar haqlarının pozulmasından, yoxsulluqdan əziyyət çəkirlər bunun qarşısını alın.
İndi isə səslənirəm, deyilənləri qulaq ardına vurduğunuzdan, artıq Azərbaycanın müstəqilliyi təhlükədədir, qəflət yuxusundan oyanın".
































































































