Mahmudov-Çovdarov qruplaşması Azərbaycanı saxta dərmanla doldurub

Hazırda oxunan: Mahmudov-Çovdarov qruplaşması Azərbaycanı saxta dərmanla doldurub

116115
“Alfa med”x9d MMC adlı firmanın dərman pereparatlarını dəyərindən dəfələrlə baha qiymətə satdığı və qeydiyyatsız dərmanların satışını təşkil etdiyi üçün bu günlərdə həbs olunan rəhbərlərinin MTN-dəki mütəşəkkil qruplaşma ilə ortaqlığı üzə çıxıb.

Firmanın əsl sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun “kassiri”x9d, general Akif Çovdarovun çirkli biznesini idarə edənlərdən biridir. Bu şəxsin adı Ədalət Ramazanovdur və mənbələr deyir ki, o, MTN-dəki bandanın zərərsizləşdirilməsi əməliyyatı başlayandan az sonra ölkəni tərk edib.


Xəbər verildiyi kimi prezident İlham Əliyev ötən bazar günü Nazirlər Kabinetinin iclasında manatın devalvasiyasından istifadə edərək bəzi əliəyri adamların, möhtəkirlərin qiymətləri süni artırdığını bildirib. Prezident hüquq-mühafizə orqanlarına tapşırıq verib ki, belə faktlara qarşı sərt tədbirlər görsünlər. Müşavirənin ardınca Baş Prokurorluq Bakının Nəsimi rayonunda, Q.Quliyev keçəsi 31C ünvanında yerləşən “Alfa med”x9d MMC-nin satış üzrə meneceri İbadulla Hüseynovun və müəssisənin təsisçisi, habelə faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyevin həbsi barədə məlumat yayıb.


Prokurorluğun məlumatında deyilirdi ki, həmin şəxslər dərmanları dəyərindən dəfələrlə baha satıb, habelə Səhiyyə Nazirliyinin qeydiyyatında olmayan dərmanların ölkəyə gətirilib satılmasını həyata keçirib. Açıqlamaya əsasən mütəşəkkil qruplaşmanın digər üzvlərinin tapılıb məsuliyyətə cəlb edilməsi üçün istintaq tədbirləri davam edir.

Virtualaz.org araşdırıb ki, əslində həbs olunan Əfqan Xudaverdiyev həmin firmanı işlədən adamdır, firmanın əsl sahibi isə Ədalət Ramazanovdur. Həmin Ramazanov ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olan, Azərbaycanda olduqca bahalı avtomobillərin satışını həyata keçirən “Saba Cars”x9d şirkətinin sahibi Dəmir Abdullayevlə ortaq olub. D.Abdullayev həm də “Baku Motors”x9d şirkətinin sahibidir.


İş
Mənbələr bildirir ki, dərman qara bazarının kralı kimi tanınan Ə.Ramazanovla D.Abdullayev avtomobil satışı biznesi ilə yanaşı inşaat materialları, dərman satışı və digər biznes sahələrində də ortaq olublar. Ə.Ramazanov hazırda həbsdə olan general Akif Çovdarovun birbaşa himayəsində olub. Onun sayəsində həm də gömrük brokerliyi biznesinə girib.

Ə.Ramazanovun vəzifələrindən biri də gömrükdə ölkəyə qaçaq yolla dərman gətirilməsini izləmək, bu işlə məşğul olanlar barədə məlumatları toplayıb Akif Çovdarova ötürmək idi. Çovdarovun “qvardiyaçıları”x9d isə dərhal dərman qaçaqmalçılığı ilə məşğul olanları yaxalayır, onların mallarını müsadirə edir və külli miqdarda pullarını alıb buraxırdı. Müsadirə edilən dərmanlar isə “Alfa med”x9d MMC vasitəsilə bazara çıxarılırdı.

Digər maraqlı fakt budur ki, həbs olunan Əfqan Xudaverdiyev “Alfa med”x9d MMC-nin rəhbəri olmaqla yanaşı eyni zamanda Bakı gömrüyündə dərmanlar üzrə ekspert kimi də fəaliyyət göstərib. Yəni faktiki olaraq Mahmudov-Çovdarov qruplaşmasının gömrükdəki “görən gözü, eşidən qulağı”x9d olub.

İş adamı: “Çovdarov tapançanı başıma dirəyib bir milyon istədi”x9d

Mənbənin bildirdiyinə görə Ə.Ramazanov Çovdarov və digərlərinin çirkli pulları hesabına Türkiyədə saxta tərkibli dərmanlar istehsal edən iki zavod da qurub. Bu zavodlardan biri İstanbul, digəri İzmit yaxınlığında yerləşir, təxminən 140-150 milyon dollara başa gəlib. Lakin Türkiyə tərəfi ona xəbərdarlıq edibmiş ki, bu zavodlarda istehsal olunan dərmanların Türkiyə bazarına çıxarılması qeydə alınsa zavodlar bağlanacaq, özü isə həbs olunacaq. Nəticədə bu zavodlarda istehsal edilən dərmanlar əsasən MDB-nin bəzi respublikalarına satılırdı.

Ramazanovun şəbəkəsi təxminən 3 il əvvəl Azərbaycana xərçəng xəstəliyinin müalicəsində istifadə olunan bahalı dərman pereparatlarının saxta versiyasını gətirdiyi, lakin Milli Onkologiya Mərkəzinin rəhbəri, akademik Cəmil Əliyevin bundan xəbər tutduğu və həmin dərmanların satışdan yığışdırıldığı da bildirilir.


Çovdarov və Ramazanovun biznes təkcə Azərbaycanla məhdudlaşmayıb. Mənbələr bildirir ki, onların Dubayda inaat biznesi də olub. Eyni zamanda Ramazanovun ortaq olduğu “Saba Cars”x9d şirkətinin Dubayda da filialı var.

“Saba Cars”x9d şirkətinin Bakıda bir neçə avtomobil salonu fəaliyyət göstərirdi. Eldar Mahmudovun işdən çıxarılmasından sonra şirkətin Bakının Badamda şossesi, 1 ünvanında, “Qurd Qapısı”x9d restoranına yaxın (Eldar Mahmudovun çoxsaylı qəsrlərindən biri də həmin ərazidə yerləşir) “Avtomobil Dünyası”x9d salonu fəaliyyətini dayandırıb. Bu obyektdə təkcə qiyməti bir neçə yüz min dollar olan avtomobillər satılmırdı, Eldar Mahmudovun oğlu Anar Mahmudovun “Crystal Holding”x9dinə daxil olan "Caspian Crystal" brend içkilər mağazası da obyektin birinci mərtəbəsində fəaliyyət göstərirdi.

Azərbaycanda xa0“Range Rover”x9d, “Jaguar”x9d, “Maserati”x9d avtomobillərinin və “Dicati”x9d motesikletlərinin rəsmi distribütoru olan “Crystal Motors”x9d şirkəti də eks-nazirin oğlu Anar Mahmudova məxsus olub. Həmin şirkətin avtomobilləri həm də “Saba Cars”x9dın salonlarında satılırdı.

“Saba Cars”x9d 2013-cü ildə 6 təkərli “Mercedes-Benz Brabus B63S 700 6x6”x9d avtomobilini ilk dəfə Azərbaycana gətirmişdi. Ötən il noyabrın 13-də isə mətbuat xəbər verdi ki, şirkətin Badamdar şossesindəki avtosalonu təcili boşaldılır, oradakı bahalı avtomobillər harasa daşınır. Çünki Mahmudov-Çovdarov qorxu imperiyası artıq dağılmışdı...

İndi isə görünür ki, bu imperiya Azərbaycanda təkcə biznesi təhdid altında saxlamaqla, sahibkarları talamaqla və onların biznesini ələ keçirməklə məşğul olmayıb. Eyni zamanda dərman qaçaqmalçılığı da bu mütəşəkkil qruplaşmanın nəzarətində olub. Və ən mühüm məqam budur ki, qruplaşmanın caynaqlarının izləri hələ də ayrı-ayrı sahələrdə üzə çıxmaqdadır...(virtualaz.org)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin