Son günlər ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması fonunda iqtidarı dialoqa çağıran, ona öz köməyini təklif edən müxalif siyasilərin sayı artmaqdadır.
Maraqlıdır,
müxalifətin indiki mərhələdə
hakimiyyətə əhəmiyyətli bir köməyi keçə bilərmi? Hakimiyyətin hətta bugünkü ağır dönəmdə belə, müxalifətlə bir masa
arxasına oturacağı, ondan kömək qəbul edəcəyi ehtimalı nə dərəcədə
inandırıcıdır?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy bu
ehtimalın reallaşmayacağını vurğuladı:
“Bu
iqtidar mövcud müxalifətlə heç vaxt bir masa arxasında oturmaz. İndiki durumda müxalifətlə dialoqa getmək iqtidarın xeyrinə deyil. Dialoq
müxalifətə sərf edir və iqtidar da bunu anladığından kimsə ilə məsləhətləşmələr
aparmaq fikrində deyil. Rejim heç durumun parlamentdə geniş, açıq müzakirəsinə
imkan verməz. Sabah 1 ABŞ dolları 3 manat, lap belə 5 manat olsa da belə iqtidar
nə müxalifətlə dialoqa gedəcək, nə də guya ki xalqın seçdiyi deputatların
iqtisadi durumu parlamentdə müzakirəyə çıxarmasına imkan verməz.
2003 və ya 2005-ci ildəki müxalifət bu gün olsaydı, o
zaman iqtidarın müxalifətlə dialoqa getməsini düşünmək olardı
Pərakəndə, başıpozuq, qeyri-konstruktiv müxalifəti
iqtidar ciddi qüvvə saymır. Kimsə öz yardımını təklif edirsə, bunun arxasında
yalnız maraq dayanır”x9d.
Seymur
Əliyev































































































