"Məşədi Natiqin vətən xaini olmasına inanmıram"

Hazırda oxunan: "Məşədi Natiqin vətən xaini olmasına inanmıram"

115244
"Məşədi Natiqi şəxsən tanımıram. Onun fəaliyyəti ilə media vasitəsilə tanışam. Şəxsən mən Məşədi Natiqin vətən xaini olmasına inanmıram".xa0


Bunu Moderator.az-a açıqlamasında "Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül bildirib.xa0

Hacı Əbdül deyib ki, Məşədi Natiq Nardaranın ağsaqqalıdır, onun məsləhətləşmək, müzakirələr aparmaq lazımdır, onu həbs etmək yox.xa0

Xatırladaq ki, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Bir gün DTX-da dindirildikdən sonra Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.xa0

N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin