“Mən kiməsə zəng vurub demərəm ki, ”x9derməni soyqırımı" ilə bağlı müraciəti..."

Hazırda oxunan: “Mən kiməsə zəng vurub demərəm ki, ”x9derməni soyqırımı" ilə bağlı müraciəti..."

114880

Rusiyadakı azərbaycanlı diaspor nümayəndələri “erməni soyqırımı”x9dnı inkar etməyə görə cinayət məsuliyyəti nəzərdə qanun layihəsinə etiraz etdikləri üçün ciddi təzyiqlərlə üzləşiblər. Onlara təzyiq edənlər arasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinin də olması barədə sensasion xəbərlər yayılıb.

Bu barədə virtualaz.org saytı məlumat yayıb. Məlumatda bildirilir ki, ötən ilin dekabrında diaspor təşkilatlarının bir qrup nümayəndəsi Dövlət Dumasının spikeri Sergey Narışkinə müraciət edərək həmin qanun layihəsinin müzakirəyə çıxarılmasından narahatlıqlarını ifadə ediblər. Müraciətin altına Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının 30 nümayəndəsi, o cümlədən Yaroslavldan Asman Hüseynov, Kostromadan Kamran Babayev, Nijniy Novqoroddan Vidadi Abbasov və digərləri imza atıblar. Yayılan xəbərdə qeyd olunur ki, müraciətə imza atanlar imzalarından imtina etmək üçün hədələniblər, biznesləri ilə şantaj olunublar.xa0

Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti təşkilatının Kalininqrad vilayəti üzrə nümayəndəsi Nadir Ağayev həmin müraciəti imzalamaqdan imtina edib. Müraciətə imza atmayanlar arasında Moskvadakı diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimov və Rostovdakı diaspor lideri Vaqif Mustafayevin də olduğu deyilir. Xəbərdə Tatarıstandakı diaspor lideri Sübhan Əhədzadənin müraciətə imza atmaqdan imtina etdiyi, hətta Leninoqorsk şəhərindəki “Birlik”x9d diaspor təşkilatının rəhbəri Ramiz Məmmədova müraciətə imza atdığı üçün irad tutduğu, ondan Tatarıstan Xalqlar Assambleyasına da şikayət etdiyi bildirilir.xa0

Rusiyadakı diaspor təşkilatlarından daxil olan məlumata əsasən, Rusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev və “AzərRos”x9dun keçmiş rəhbəri Söyün Sadıqov şəxsən regionlardakı diaspor rəhbərlərinə zəng edərək, onlardan tələb ediblər ki, Narışkinə müraciəti imzalamasınlar. Sayt iddia edir ki, S.Sadıqov, İ.Hacıyev kimiləri özlərinin biznesini zərbə altında qoymamaq üçün erməni qanununun qəbuluna etiraz edənlərə qarşı təzyiqlərə qoşulublar.

Yayılan xəbərlərdə adı keçən Rusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev mətbuata açıqlama verib. O, yayılan xəbərləri təkzib etdi: “Bu doğru xəbər deyil. Bildiyimiz kimi, hazırlanan qanun layihəsi soyqırımı tanımayanların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır. Rusiya Azərbaycanlıları Konqresi buna biganə qala bilməz. Biz qəti qərarla sənəd hazırlamışıq. Ötən ilin sonunda iclasımız olmalı idi. Orada sənəd təsdiq edilməli idi. Rusiyada çoxlu sayda diaspor təşkilatları var.xa0

”x9dAzerRos" başda olmaqla, bir neçə təşkilat artıq müraciətimizi dəstəkləyib. Müsbət reaksiyalar var. İş adamlarının guya bizneslərindən qorxub belə addım atmaları barədə xəbərlər yayılıb. Bu, öz təsdiqini tapmayıb. Burada yaşayan azərbaycanlılar olaraq, vətənimizə bağlıyıq, ölkəmizlə nəfəs alırıq. Bütün gücümüzü ortaya qoymuşuq ki, buradakı azərbaycanlılar həmrəy olsunlar, onların haqları qorunsun, heç zaman pozulmasın. Milli dəyərlərimizi daim qoruyuruq. Orxan Zeynalovla bağlı zaman-zaman çoxsaylı müraciətlərimiz olub, cavablar almışıq. Bildirmişdik ki, milli dəyərlərimizə heç zaman toxunmaq olmaz. Burada yaşayan hər bir azərbaycanlı dəyərimizdir. “Erməni soyqırımı”x9d ilə bağlı qanun layihəsinə etiraz kimi hüquqşünas olaraq, çalışıram ki, sənədlərimiz qanuni olsun.xa0

Təşkilatımızın tərəfindən olunan müraciətlər analiz edilir və müvafiq cavab verilir. Soyqırımla bağlı da müraciətimiz göndəriləndən sonra cavablanacaq. İş adamlarının bizneslərindən qorxub belə addım atmaları kimi yalan xəbərləri buradakı azərbaycanlılara olan təhqir kimi qəbul edirəm. Onlar vətənləri naminə istənilən çağırışa hazır insanlardır. Daim ölkə rəhbərliyinin yanında olmuşuq, dəstəyimizi əsirgəməmişik. Seçkilər öncəsi regionlara çıxmışdıq. Orada olan azərbaycanlılar bir daha vətənə bağlı olduqlarını bildirmişdilər. Bu gün xa0barəmizdə yazılanlar bizi ciddi narahat edir. Bu cür yazılar yersizdir".

İ.Hacıyev şəxsinə olan ittihamlara da münasibət bildirdi: “Çox əsassız, kiminsə marağını güdən bir yazıdır. Yarandığı gündən Ümumrusiya Konqresinin üzvüyəm. Prezidentimiz tərəfindən ”x9dTərəqqi" medalı almışam. Mənə göstərilən etimadı daim doğrultmuşam. Belə şeylər haqsızdır. Heç vaxt kiməsə zəng vurub demərəm ki, müraciəti imzalamayın. Heysiyyətimizə toxunan hər bir məsələdə birik. Açığı, heç bu yazılara reaksiya vermirəm. Sadəcə, belə yazılar olmasa, daha yaxşı olardı. Ümumiyyətlə, şəxsimdən əlavə, müraciətə imza atmamaq üçün kiməsə zəng edildiyini belə eşitməmişəm. Hansı əsaslarla belə təzyiqlər olmalıdır? Əksinə, bu cür halları dəstəkləyirik. Bir regionda müraciətlər başlayıb, digər regionlar da dəstək verib. Amma konqres adından müraciət olunursa, bunun təsiri daha güclüdür. Çünki təşkilatımızda 31 tanınmış şəxs var. Bu yolda addımlayırıq. Heç bir yazı təsir edə bilməz. Rusiya rəhbərliyi səviyyəsində aidiyyəti orqanlara müraciətimiz təqdim olunacaq".(musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin