Moderator.az yazarlara "Alkoqollu içkilərin kartla satılmasını necə qiymətləndirirsiniz?" sualı ilə müraciət edib.xa0
Cavabları təqdim edirik.xa0
Elnur Astanbəyli: "Bu qərarın iqtisadi tərəfləri barədə nəsə deyə bilmərəm, çünki iqtisadi biliklərim azdır. Amma şübhəsiz bir istehlakçı kimi, məndə bəzi suallar yaranır. Məsələn, əgər burada əsas məqsəd vergidən yayınmaların qarşısını almaqdırsa, onda eyni qərar tutaq ki, qəndə yaxud kartofa niyə tətbiq olunmur? Bir məhsulun satışı zamanı vergidən yayınma ehtimalının digərindən daha yüksək olduğunu kimlər, necə müəyyən edirlər? Yaxud hesab edək ki, mən ölkənin ucqarında yaşayıram, bank xidmətləri mənim üçün əlçatmazdır, ya da xeyli müşkül işdir, belədə mən spirtli içkini hansı yolla əldə etməliyəm?xa0
Digər tərəfdən, onsuz da iri marketlərdə aldığım hər hansı məhsula görə mənə çek təqdim olunur. Hələ görməmişəm, hansısa başqa məhsul kassa aparatına vurulsun, amma araq yox. Belədə hansı vergidən yayınma mümkündür. İstisna etmirəm, bu qərar alış-verişin əsasən nağd ödəmələrlə həyata keçirildiyi xırda, məhəlli dükanları tamamilə sıradan çıxarmağa hesablanıb. Əgər belə olsa, kasıb camaatın onsuz da ağır olan durumu bir az da pisləşəcək. Çünki bu zaman nisyə almaq imkanları da yoxa çıxacaq. Həmin dükanlarda insanlar bir ay müəyyən zəruri ərzaqlar alır, maaş, ya da təqaüdləri verildikdən sonra borclarını ödəyirlər. İri marketlərdə isə bu mümkün deyil. İstənilən halda əziyyəti sadə insanlar çəkəcəklər. Bizim kimi ölkələrdə belə qəti addımları tədricən, müəyyən hazırlıqlardan sonra atmaq lazımdır.xa0
Hökumətdəkilər deyirlər ki, hesablaşmaların nağdsız qaydada aparılmasının zamanın tələbidir. Razıyam. Amma zamanın başqa siyasi, iqtisadi tələbləri də var. Ona niyə belə sürətlə, sərt şəkildə tabe olmurlar? Məsələn, korrupsiya ilə niyə eyni kəskinliklə mübarizə aparılmır, yaxud azad seçki keçirməkdə niyə belə prinsipial deyillər? Bütün bu suallar barədə düşünmək lazımdır.xa0
Ümumiyyətlə isə buna da şükür eləmək lazımdır, hansı ki, xalq olaraq bunu çox yaxşı bacarırıq. Bir də gördünüz gələn il Bakıda keçiriləcək İslam oyunlarını əsas gətirib spirtli içkilərin satışını yerli-dibli ləğv etdilər. Hər şey gözləmək olar. Heç vaxt “heç vaxt”x9d demək lazım deyil".
Ehtiram İlham: "Akif Səməd rəhmətlik söyləyərdi ki, bizim kənddə kişilər evdən çıxanda deyirmiş: "İndi pulumuz yoxdu deyin, araq içməyəkmi?"
Araq kartla satılsa da, bu məsələ problemlər yaratsa da istəyən bir yolunu tapıb içəcək. Həm də daha ləzzətlə. Çünki əziyyətlə və çətinliklə əldə olunan hər şey ləzzətli olur. xa0Amma arağın kartla satılması ilə bağlı ciddi bir arqumentə rast gəlmədim. Həm də bu qərarı verənlər unutdu ki, Sovet hökümətini həm də "suxoy zakon" yıxdı".
Cəlil Cavanşir : "Məncə hökumətin növbəti mənasız islahatlarından biridir. Kiçik ticarət obyektlərini sıradan çıxarmağa hesablanıb. Heç bir faydasını görmürəm. Şəxsən məni narahat etmir. Aylardır çox nadir hallarda içirəm. Bu qaydalardan sonra yəqin ümumiyyətlə içə bilməyəcəm. Bax bu məqamda düşünmək olar ki. hökumət bizim sağlamlığımızı düşünür. Gələcəkdə xa0gülməyə mövzularımızdan biridir".
Əsəd Qaraqaplan: "Bu qərara münasibətim yaxşı deyil. İnsanların içmək, əylənmək, stress atma haqqı var. Mənə görə içki gündəlik tələbat mallarındandır, ona satışını hər hansı formada məhdudlaşdırmaq başqa məhsulların satışını məhdudlaşdırmaq kimidir. Spirtli içki satışını çətinləşdirmək, absurd qərarlar vermek lazim deyil. Zatən bu ölkədə insanların halı çox ağırdı, bunu bir az ağırlaşdırmaq günahdır. Elə içkini kartla eləmək də. O qədər düzələsi məsələlər varkən, bu qərarlar lazımsızdır".xa0
Mövlud Mövlud: "Bu, nə pəstəhadı çıxarıblar? Camaat arağı keyidici, sakitləşdirici kimi içir. İndi iki adama bir araq içmək üçün kartımız olmalıdı? Qoymazlar başımızı hərləyək? Qətiyyən düzgün addım deyil. Bu millətin araqdan başqa əyləncəyə imkanı çatmır, onu da əlindən alırlar. Məncə, bundan sonra ümid "samaqon"adır".
































































































