Məlum olduğu kimi, Milli Məclisə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında”x9d qanun layihəsi təqdim olunub. Layihədə Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakının dayandırılması, ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılması əksini tapıb.
Layihədə XİN-ə ABŞ
hökumətində təmsil olunan şəxslər və onların ailə üzvlərinə, Konqresdə Azərbaycanın
diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və
onların ailə üzvlərinə, erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq
edən vəzifəli şəxslər, siyasətçilərə, həmçinin Azərbaycana qarşı iftira və
qarayaxma kampaniyası aparan KİV rəhbərləri, QHT təmsilçiləri və ekspertlərə
viza verilməsindən imtina olunması tövsiyə edilib.
Maraqlıdır, rəsmi Bakının
anti-Amerika layihəsi Azərbaycana nə vəd edir? Bu layihənin Azərbaycan üçün
ciddi fəsadları ola bilərmi?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Ərəstun Oruclu bunun Azərbaycana yaxşı heç nə vəd etmədiyini
vurğulayıb. Politoloqun sözlərinə görə, bu gün ABŞ-ın Azərbaycan deyil, Azərbaycanın
ABŞ-a ehtiyacı var:
“Bu, əslində düzgün, məntiqli
bir addım deyil. Ona görə ki, Azərbaycanın ABŞ boyda dövlətin rəsmilərinə
sanksiya tətbiq etmək imkanı demək olar ki, yoxdur. Bu, qeyri-mümkündür. ABŞ-ın
Azərbaycana deyil, Azərbaycanın ABŞ-a ehtiyacı var. Bu baxımdan Azərbaycana
qarşı sanksiyalar nəzərdə tutan layihənin qarşısını yaxşı olardı ki, başqa
yollarla almağa çalışaydılar. Müəyyən danışıqlar aparmaq, müəyyən addımlar
atmaq yolu ilə buna nail olmağa cəhd edərdilər. Nəinki bu cür de-marşlarla buna
cəhd olunardı. Bu, bəlkə də heç qəbul da olunmadı. Amma əslində belə bir şeyin
gündəmə çıxarılması yaxşı heç nədən xəbər vermir. Bu, yaxşı dinamikanın göstəricisi
deyil. Belə bir sənədin ortaya atılması ABŞ-da müzakirəyə çıxarılacaq layihənin
qəbul ehtimalını artırır”x9d.
Politoloq bu layihənin
Rusiyanın tövsiyyəsi ilə irəli sürülə biləcəyi ehtimalının inandırıcı görünmədiyini
qeyd etdi:
“Bu addımın Rusiyanın tövsiyyəsi ilə atılması
versiyasına inanmıram. Bildiyiniz kimi, Rusiya ilə də münasibətlər o qədər də
yaxşı deyil. Azərbaycanın marağı da bunu tələb eləmir”x9d.
Seymur Əliyev

































































































