“Telman İsmayılov mənim üçün böyük qardaşdı...”x9d -Sabiq deputat

Hazırda oxunan: “Telman İsmayılov mənim üçün böyük qardaşdı...”x9d -Sabiq deputat

112794

xa0Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılov rəsmən müflis elan edilib. Bununla da milyarder mülklərinin demək olar hamısını itirib.

Moderator.az xəbər verir ki, modern.az Telman İsmayılovla yaxın əlaqələri olan sabiq deputat Aydın Abbasovdan onunla əlaqə saxlayıb-saxlamadığını öyrənməyə çalışıb.
Aydın Abbasov bildirib ki, Telman İsmayılovla mütəmadi olaraq danışır və onun müflisləşməsi barədə aralarında söhbət olmayıb:

“Telman İsmayılov mənim üçün böyük qardaş kimidir. Tez-tez onunla danışıram və bizim bu məsələlərlə bağlı, ümumiyyətlə, müzakirəmiz olmayıb”x9d. xa0

Aydın Abbasov keçmiş milyarderlə söhbətlərində “hər şey yaxşıdır”x9d cavabını aldığını vurğulayıb: “Ümumiyyətlə, bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrindən xəbər tuturam. Özü ilə də bununla bağlı danışmamışam, belə söhbətimiz olmayıb. Soruşanda “nə var, nə yox, nə məsələdir”x9d, deyir ki, “fikir vermə”x9d. Mən də dərinliyinə getmirəm. Hər şey yaxşıdır, ciddi məsələ olsaydı, ən azından deyərdi, xəbərim olardı”x9d. xa0

Moskva Arbitraj Məhkəməsi Çerkizov bazarının keçmiş sahibi olan Azərbaycan əsilli biznesmen Telman İsmayılovu rəsmən müflis elan edib. Müflis olmaqla bağlı prosedur kreditor Boris Zubkovun 19 noyabrda məhkəməyə şikayət ərizəsi ilə müraciət etməsindən sonra başlamışdı. xa0

“Forbes”x9d jurnalının Rusiya versiyası Telman İsmayılovun şəxsi sərvətini 2015-ci ilin yazı üçün 600 milyon dollar civarında qiymətləndirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin