Manatın növbəti dəfə dəyərdən düşməsi ölkədə iqtisadi-sosial həyatın daha da ağırlaşmasına səbəb olub. Maraqlıdır, manatın növbəti devalvasiyası Azərbaycanın müdafiə və təhlükəsizlik sektoruna da təsir göstərəcəkmi? Maliyyə qıtlığı ölkəmizin Qarabağ uğrunda müharibə planını arxa cəbhəyə keçirə, işğaldakı torpaqlarımızın hərb yolu ilə azad edilməsi imkanını məhdudlaşdıra bilərmi?
Bununla
bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa manatın dəyərdən
düşməsinin ordu quruculuğu prosesinə də təsir göstərəcəyini vurğulayıb. Lakin
bununla belə millət vəkili, uzun illər müdafiə və təhlükəsizlik sektoruna kifayət
qədər vəsaitin ayrıldığına da diqqət çəkib:
“Təbii
ki, bu ordu quruculuğuna da müəyyən təsir göstərəcək. Ancaq
indiyədək büdcəmizdən ən çox vəsait müdafiə sahəsinə ayrıldığına görə, kifayət qədər
işlər görüldüyü və hərbi potensialın yaradıldığını da qeyd etməliyik. Bütün
hallarda zabit və əsgərlərin iqtisadi çətinliklərin məngənəsində qalmasına yol
vermək olmaz. Onlarla bağlı xüsusi sosial proqram hazırlanmalıdır və ordunun
döyüş qabiliyyətinin gücləndirilməsi üçün istənilən fədakarlığı həm hökumət, həm
də cəmiyyət etməyə çalışmalıdır”x9d.
Seymur
Əliyev

































































































