“Müxalifət xalqın önündə olmaq iqtidarında deyil”x9d

Hazırda oxunan: “Müxalifət xalqın önündə olmaq iqtidarında deyil”x9d

112763

Manatın növbəti dəfə dəyərdən düşməsi yenidən kütləvi aksiyaların keçirilməsi məsələsini gündəmə gətirib.

Maraqlıdır, müxalifət mövcud situasiyada kütləvi aksiyaların keçirilməsi təşəbbüsü ilə çıxış etməlidirmi? Xalqın narazılığının artması fonunda bu cür aksiyalr kifayət qədər effektli ola bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy aksiya yolu ilə problemi həll etməyin mümkünsüz olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkə müxalifəti də xalqın önündə olmaq, proseslərə yön vermək iqtidarında deyil:

“Hökumətin bu tip hərəkətlərinə müxalifətin münasibət bildirməsi vacibdir. Yaxın keçmişdə qiymət artımına rəğmən müxalifətin düzənlədiyi mitinqlər çox sönük keçib. Və o fikirdəyəm ki, işdir, devalvasiyaya rəğmən mitinq elan olunsa, kütləvilik olmayacaq. Bunun da əsas səbəbkarı cəmiyyətdə reytinqi düşük olan müxalifət liderləridir. Etiraf etmək gərəkdir ki, bu günkü müxalifət xalqın önündə olmaq iqtidarında deyil. Müxalifətdaxili çəkişmələr müxalifətin özündən çox cəmiyyəti bezdirib. Müxalif qüvvələr bir dəyirmi masada araya gəlib devalvasiyanın səbəblərini belə müzakirə etməyi bacarmırsa, mitinq necə elan oluna bilər?

Neftin yaratdığı ajiotaj bir sıra dünya dövlətlərində milli valyutanın devalvasiyasına səbəb olub. Heç bir kütləvi aksiya ilə devalvasiyanın qarşısının alınması mümkün deyil. Odur ki, iqtisadiyyatın qalxınması barədə ciddi düşünmək gərəkdir. Azərbaycan hökuməti xalqa reallığı anlatmaq istəyir. Ancaq xalq rüşvətxor vəzifə sahiblərinin, oliqarx-nazirlərin, monopolistlərin at oynatmaqda davam etdiklərini gördükləri üçün izahatlara inanmır. İqtidar o "toxunulmazları" aradan qaldırmadıqca iqtisadiyyatın inkişafına nail ola bilməyəcək. Kimsəyə sirr deyil ki, nazirlər, icra başçıları və digər yüksək görəv sahibləri milyardlarla dollara sahibdir. Və onlar bunu dövləti talan yolu ilə əldə ediblər. Manatın devalvasiyadan da onlara zərrə qədər zərər dəyməyib. Bu dəstə heç vaxt iqtisadiyyatın inkişafına imkan verməz. Onların varlığında Azərbaycanda sahibkarlığın inkişafından, iqtisadiyyatın yüksəlişindən danışmaq absurddur. Həm dövlət, həm də müxalifət dövləti çökdürən bu dəstənin üstünə getməlidir. Dövlət vətəndaşın ona olan inamını itirməmək üçün təməlini qazanların dərsini verməlidir. İnam itərsə, çox ağır nəticələr ola bilər”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin