VİP sədri Əli Əliyev Moderator.az-a açıqlamasında manatın məzənnəsinin növbəti dəfə düşməsindən sonra yaranan maliyyə böhranı və bunun sosial-iqtisadi həyata göstərdiyi mənfi təsirlərin qismən də olsa aradan qaldırılması üçün konkret təklifləlrə çıxış edib. Ə.Əliyevin təkliflər paketində konkret iddialar yer alıb:
“Hakimiyyət
baş verən arzuedilməz olaylara hamımızı şərik etdi. Dünən Milli Bank adından
yayılan məlumatla Azərbaycan 50% kasıbladı. Obyektiv olaraq,
yaranmış şəraitdə bundan düzgün addım da yox idi. Səhv, dünənki qərarla
buraxılmayıb. Dünən baş verənlər, son 10 il ərzində böyük neft pulları gələndən
qəbul edilən yanlış iqtisadi qərarların məntiqi nəticəsidir. Milli bank manatın
məzənnəsinin sabit saxlanmasına hər ay 1.5-2 milyard ABŞ dolları məsrəf edirdi.
Təbii ki, aldadıcı bu addım müvəqqəti effekt verə bilərdi. Təsəvvür edin ki, hər
ay izafi şəkildə həmin vəsaiti sobada yandırıb, yalandan "isinirdik".
Qərb-Rusiya konflikti yarandığı gündən aydın görünür ki, neft qiymətləri siyasi
məqsədli endirilir və bu tendensiya bütün itkilərə rəğmən dünya hegemonları tərəfindən
qorunacaq. Hökümətin kirəcləşmiş iş üslubunda bunu görmək asan deyil. Lakin istənilən
peşəkar bunu hesablaya bilərdi. 16-cı il də belə davam edəcək. Neft bazarında
qiymətlər tələb-təklif tandemində müəyyənləşir. OPEC-in son toplantısında
kartel üzvlərinin hasilatı yaxın 6 ayda qoruyacaqları barədə qərar qəbul
edilib. ABŞ neft ixracına son 40 ildə qoyduğu qadağanı qaldırır. Növbəti ildə
bazara yeni oyunçu-İran daxil olur. İlk gündən İran bazara gündəlik 1.5-2
milyon barrel neft çıxarmaq imkanına malikdir. Bu həcmə hesablanmış
infrastruktur və lojistik potensial hazırdır. İran rəsmi qaydada, ixracatı 7
milyona çatdırmaq üçün qısa müddət zamana ehtiyac olduğunu bəyan edir. Belə şərtlər
daxilində hökümətin 10 ay vaxt itkisinə yol verməsi becə yerə idi. Birinci,
fevral devalvasiyasından sonra manatı bazar şərtlərinə tabe etdirmək lazım idi.
Bizim "başbilən" icraçılarımız isə neft qiymətlərinin qalxma ilğımı
ilə yaşayır, öz israfçı siyasətlərini davam etdirirdilər. Aşağı neft qiymətləri
artıq bir sıra ölkələrdə problemlər yaradıb. Uzun müddət Cənubi Amerikada solçu
siyasətlə öyünən, Çavesin xələfi Maduro parlament seçkilərini uduzdu. Bu o deməkdir
ki, Rusiya daha bir müttəfiqindən məhrum oldu. Rusiyanın özündə də neft qiymətləri
ciddi problemlərə başlanğıc verib. Beləki, Ukrayna işğalı ilə müşayiət olunan Qərblə
qarşıdurma fonunda rubl 2 dəfə ucuzlaşıb. Yeri gəlmişkən, xüsusi qeyd edilməlidir
ki, neft qiymətləri ilə manipulyasiya da məhz Rusiyanın iddiaları ilə bağlıdır.
İqtisadiyyatımızın
nə qədər kövrək və zəif olduğunu görmək üçün fakta müraciət edək. Artıq
il yarım sanksiyalar şəraitində yaşayan Rusiya ilə bizim valyuta zəifləməmiz
eyni-2 dəfədir. Bir anlığa düşünək ki, ölkəmiz sanksiya rejimində ola idi. Təsəvvür
etmək çətindir ki, ölkəyə ərazaq gətirilməsinə maneçilik yaransa, hansı duruma
düşərik. Növbəti il büdcəmizdə neftin qiyməti 50$ nəzərdə tutulur. Bu gün
neftimiz bazarda 38$-a satılır. Gələn il ərzində bu qiymətin bir qədər də aşağı
olacağı proqnozlaşdırılır. Belə vəziyyətdə manat tənzimlənməsindən imtina hökümətin
tək addımı olmamalıdır. Yetkililər sözünü belə ağır vaxtda deməyi bacarmalıdır. Hələlik bircə
Əli Həsənov cəsarət göstəribbaş verənlərlə bağlı nə isə deməyə çalışıb. Fikrimcə, bir
sıra ciddi addımların atılması labüddür:
-Hökümətin
heç olmasa iqtisadi bloku istefaya göndərilməli, Baş nazir təqaüdə yollanmalı,
yeni dövrün iqtisadi prioritetləri bəyan edilməlidir;
-Əhalinin
sosial müdafiəsini ehtiva edən tədbirlər paketi elan edilməli, o cümlədən, əhalinin
maaş, müavinat və təqaüd gəlirləri indeksləşdirilməli, bank borcları
bağışlanılmalı və ya indeksləşdirilməlidir;
-Korrupsiya
və rüşvətlə formal deyil, ciddi mübarizəyə başlanılmalı, deklorasiya rejiminə
keçirilməli, maliyyə amnistiyası elan edilməlidir;
-Liberal
bazar formalaşdırılmalı, şəffaf gömrük rejiminə nail olunmalıdır;
-Bizneslə
hakimiyyətin üzvü əlaqəsinə son qoyacaq qanunverici baza yaradılmalıdır;
-Ölkədə
siyasi islahatları həyata keçirmək üçün dialoq başlamalı, növbədənkənar
parlament seçkiləri keçirilməsinə şərait yaradılmalıdır. Ola
bilər digər tədbirlər və yaxud başqa üsullar seçilsin. Lakin aydın məsələdir
ki, dəyişikliklərə doğru cəsarətli addımlar atılmasa, hakimiyyət marazmatik
yükdən azad olmasa, təkcə manatın tənzimindən imtina heç bir effekt verməyəcək.
Cəmiyyət tədricən neft narkozundan ayılmaqdadır”x9d.
Seymur
Əliyev
































































































