Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri olan sabiq deputat Maksim Musayev Müdafiə Nazirliyinin mətbuat xidmətnin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun cəmiyyətdə sensasiya yaradan açıqlamalarına münasibət bildirib.
Moderator.az xəbər verir ki, Maksim Musayev modern.az-a açıqlamasında Rüfət Səfərovun hərəkətlərini dözümsüzlük kimi qiymətləndirib.
“Rüfət müstəqil adamdır. Qərar verə bilən yaşdadır. Bir halda ki, o müstəntiq vəzifəsində çalışıb. Deməli, insanların məsələlərini həll etmək qabiliyyətinə malikdir. Amma bir şeyi onun yadına salmaq istəyirəm. Adam tanıyıram ki, həm YAP-ı yaradanlardan, həm də uzun illər parlament üzvü olub. Heydər Əliyevi sevənlərdən biridir. Onun oğlu universitet bitirib. Həm hüquqşünasdır, həm neft mühəndisidir, həm də polis polkovnikidir. İki övladını dolandırmaq üçün gecə qarovulçuluq edir, gündüz sürücülük. Çalışır ki, evinə halal çörək aparsın. Rüfətə məsləhət görərdim ki, gərək dözümlülük göstərəydi. Onun babası Tahir Bayramovu çox yaxşı tanıyırdım. Tahir Bayramov Rüfətin ana babası olub. O zamanlar Zəngibasar rayonunda katib işləyib. Tahir Byramov çox prinsipial, müstəqil mövqeyi olan vətənpərvər adam idi. Rüfətin atası Eldar Sabiroğlunu da YAP-dan tanıyıram. YAP-ın ilk təşkilat şöbəsinin müdiri olub. YAP-ın ağır günlərində, yaradıcı illərində rayonlara gedib-gəlirdi. Eldar Sabiroğlunun YAP-dakı əziyyəti danılmazdır”x9d.
Maksim Musayevin sözlərinə görə Rüfət Səfərovun müxalifətə keçməsini bəyan etməsi sensassion məsələdir.
“Rüfətin hərəkətlərini YAP yaradıcılarına qarşı repressiya kimi də qiymətləndirə bilərlər. Düzü, Rüfətə deyiləcək sözüm yoxdur. Çünki bu hadisə sensasion məsələdir. Yadıma gəlmir ki, YAP-ın yaradıcılarından kiminsə övladı desin ki, müxalifətə keçirəm. Yəqin Rüfət dözümlülük göstərməyib. Görünür ya bunun özünə, ya da atasına qarşı nəsə ədalətsizlik olub ki, belə dözümsüzlük nümayiş etdirib. Sözüm odur ki, YAP-çılar dözümlü olsun. Ümumiyyətlə, YAP yaradıcıları hədsiz dərəcədə çox dözümlü insanlardırlar”x9d.
Qeyd edək ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, YAP-ın keçmiş funksionerlərindən biri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov Zərdab rayonunda müstəntiq vəzifəsində çalışıb. Lakin o, mətbuata açıqlamasında hakimiyyətə qarşı sərt çıxışlar edib. Hətta, müxalifətə keçdiyini də bəyan edib.
Baş Prokurorluğun ötən gün yaydığı məlumata görə, Rüfət Səfərov artıq prokurorluq orqanlarından xaric olunub.
































































































