Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun aclıq aksiyasına başlaması haqqında məlumat vermişdik.xa0
Bu gün Rüfət Səfərovun nənəsi Roza xanım nəvəsinin aclıq aksiyasına başlaması ilə əlaqədar ona müraciət ünvanlayıb.xa0
Moderator.az həmin müraciəti təqdim edir:xa0
"Mənim balam, səni nə qədər çox istədiyimi yaxşı bilirsən. Ürəyimin göyüm-göyüm göynəyir. Axı sən niyə belə edirsən, ay oğul. Gözlərimin yaşı kəsilmir. Səninlə nəfəs alıram. Daşı ətəyindən tök, ay bala, mənə yazığın gəlsin. İndi babanın da ruhu narahatdır. Dünən axşamdan yemək yemədiyini eşidəndən, bağrım yarılır, ürəyim köksümə sığmır. Səhəri dirigözlü açmışam. Əgər aclığı dayandırmasan, mən də ac-susuz qalacam. Sənə bizi yaradana and verirəm, daşı ətəyindən tök, aclığını dayandır. Ürəyin nə istəyirsə, de, əziz nəvəm, bişirib gətirim. Bu qoca nənənə zülm etmə. Ürəyim səni istəyir, amma heç kim məni sənin yanına gətirmir. Özüm də gələ bilmirəm. Nə gözlərim fərli-başlı görür, nə də ayaqlarım yer tutur. Ancaq inanıram ki, səsimi eşidəcəksən. Bu ağbirçək vaxtımda sözümü yerə salmayıb aclığı dayandıracaqsan, mənim ağıllı Rüfətim".xa0

































































































