“2016-cı il demokratik proseslərin inkişafı ili olmalıdır”x9d

Hazırda oxunan: “2016-cı il demokratik proseslərin inkişafı ili olmalıdır”x9d

112311

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Moderator.az-a açıqlamasında 2016-cı illə bağlı gözləntilərini dilə gətirib. E.Quliyev 2016-cı ildə vəziyyətin yaxşılaşacağına ümid etdiyini söylədi:

Əlbəttə, ən sonda ölən ümiddi, deyibər. Qarşıdan gələn ilə ümidlə baxmalıyıq. Hərçənd ki, ölkədə baş verən gərgin və ciddi nigarançılıq yaradan hadisələr, sosial-iqtisadi reallıqlar daha çox naümidlik yaradır... Məncə, vacib bir nüansa diqqət yetirməliyik: demokratiya dediyimiz ictimai formasiya bəzən onun uğrunda mübarizədən, onun arzulanmasından,onun bərqərar olması üçün fədakarlıq nümayiş etdirənlərin cəhdlərindən və s. asılı olmadan, özünün "hərəkət trayektoriyasını" müstəqil surətdə "müəyyənləşdirir." Yəni o, güclü bir hava axını kimi, istəsən də, istəməsən də,- sonda mütləq şəkildə mənzil başına çataçaq.

Demokratiya, habelə, daimi və qeyri-statik bir prosess kimi də izah olunmalı. Bu mənada, qarşıdan gələn 2016-cı il demokratik prosseslərin inkişafı ili olunmalıdır. Hər halda, bunun üçün münbit şərait də mövcuddur, çünki anti - demokratik pressinqlər,vətəndaş cəmiyyətinə basqılar,siyasi motivli həbslər,iqtisadi problemlər son nəticədə "təsir əks-təsirə malikdir" fenomeni yaradacaq. Çox istərdim ki, 2016-cı ildə 2015-ci ilin acılarını yaşamayaq və xalqımız itirdiyi öz halal təbəssümünü qaytara bilsin”x9d.

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin