Azərbaycan və Ermənistan prezidentləri görüşdü -Yenilənib

Hazırda oxunan: Azərbaycan və Ermənistan prezidentləri görüşdü -Yenilənib

112190
ATƏT-in Mİnsk qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.
 
Moderator.az Bu barədə məlumatı Ermənistan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan “twitter”x9d səhifəsində paylaşıb.
 
Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.
 
Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.
 
***

Hazırda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Berndə təkbətək görüş keçirilir.
 
Bu barədə amerikalı həmsədr Ceyms Uorlik “twitter”x9d səhifəsində paylaşıb.
 
Prezidentlərin təkbətək görüşündən sonra ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri və xarici işlər nazirlərinin iştirakı ilə geniş tərkibdə görüşdə olacaq.

Qeyd edək ki, Ermənistan Azərbaycan prezidentlərinin sonuncu görüşü 2014-cü ilin oktyabrın 27-də Parisdə baş tutub. 

Musavat.com Minval.az saytında yayımlanmış şəkilləri təqdim edir.

128710_src128711_src128712_src128713_src

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin