Naxçıvanın da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bəlli oldu...

Hazırda oxunan: Naxçıvanın da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bəlli oldu...

112132
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
 
Moderator.az xəbər verir ki, fərman Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə imzalanıb.
 
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.
 
Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə tapşırılıb ki, əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
Bundan başqa, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamla Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.


Müslüm Verdiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin