“Mövcud iqtisadi böhrandan ağrısız xilas ola bilərik...”x9d

Hazırda oxunan: “Mövcud iqtisadi böhrandan ağrısız xilas ola bilərik...”x9d

112099

ADR sədrinin müavini Səxavət Əlisoy Moderator.az-a açıqlamasında 2016-cı illə bağlı proqnozlarını açıqlayıb. S.Əlisoyun qənaətincə, Azərbaycan mövcud iqtisadi böhrandan xilas olması mümkündür. Lakin bunun üçün ciddi islahatların həyata keçirilməsi vacibdir:

“2016-cı il Azərbaycan üçün çətin olacaq. Neftin gündən-günə ucuzlaşması bunu deyir. Ciddi iqtisadi islahatların prezident tərəfindən anonsu verilib və bu islahatlar reallaşdığı halda Azərbaycan mövcud iqtisadi böhrandan ağrısız xilas ola bilər. İş adamlarına münbit şəraitin yaradılması, rüşvətin, korrupsiyanın və monopoliyanın durdurulması çox vacibdir. Eyni zamanda, gerçək demokratiyanın oturuşması üçün dövlət ciddi addımlar atmalıdır. Müxalifət institunun bərqərar olması dövlətin imicinə müsbət təsir edər. Müxalif qüvvələrin blokadaya alınması, dövlət üçün təhlükə mənbəyinə çevrilən bəzi radikal, ekstremist qrupların baş qaldırmasına rəvac verəcək.

10 milyon əhalisi olan Azərbaycan kiçik bir dövlətdir. Azərbaycan tipli dövlətlərin özəlliyi ondadır ki, rüşvətin, korrupsiyanın hansı qüvvəlkər tərəfindən törədildiyini hər kəs bilir. Azərbaycan dövlətini rüşvət, korrupsiya və monopoliya məhvə aparır. Prezident İlham Əliyev bunun qarşısını ala biləcəksə, Azərbaycan ən ağır iqtisadi böhrandan belə ciddi fəsad görmədən çıxa bilər. Ümumiyyətlə, 2016-cı il rüşvətə və korrupsiyaya qarşı mübarizə ili elan olunarsa, neftin ucuzlaşması o qədər də önəm daşımaz.

Azərbaycan Ərəbistan yarımadasında, yaxud Orta Asiyada yerləşmir. Azərbaycan Avropanın bir hissəsidir. Avropa evinə daxil olmaq istəyiriksə demokratiyanın bütün elementlərinin Azərbaycanda bərqərar olması təmin olunmalıdır. Kəsəsi, 2016-cı ilin Azərbaycan üçün necəliyi prezident İlham Əliyevdən asılıdır. O fikirdəyəm ki, rüşvətə və korrupsiyaya qarşı müharibənin anonsunu verən prezident 2016-cı ildə demokratiyanın inkişafı üçün mühüm qərarlar qəbul edəcək”x9d.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin