KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında 2016-cı illə bağlı gözləntilərindən danışıb. Partiya sədri, 2016-cı ildə müsbət dəyişikliklərin olmasının mümkünlüyünə toxunub:
“Bu il baş verən bir sıra hadisələri ”“ siyasi
məhbus məsələsində hakimiyyətin özünün də bəzi maraqlı qüvvələr tərəfindən
aldadılması, bəzi güc orqanlarında baş verən və hakimiyyətin özü üçün də cidi təhlükə
ehtiva edən olayların gün üzünə çıxması və s. kimi məsələləri ümumiləşdirib
ehtimal etmək olar ki, 2016-cı ildə bu sahədə müəyyən gəlişmələr ola bilər. Bu
ehtimal reallaşmaya da bilər. Hesab edirəm ki, belə bir dəyişikliyin baş verməsinin
daha ciddi göstəriciləri özünü bu ilin 31 dekiabr tarixinə qədər göstərməlidir.
Əgər əfv olacaqsa, siyasi məhbusların azad edilməsi, insan haqlarının qorunması
istiqamətində konkret və ciddi addımlar atılacaqsa, o zaman 2016-cı illə bağlı
müsbət gözləntilər üçün əsas olacaq”x9d.
Seymur Əliyev































































































