Məşhur “Əl-Cəzirə”x9d telekanalının saytında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın sabah baş tutacaq görüşü haqq;nda məlumat yayılıb.
Məlumatda prezidentlərin dekabrın 19-da İsveçrənin Bern şəhərində görüşəcəyi və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyi qeyd olunur. Bildirilir ki, hər iki prezident sonuncu dəfə Parisdə Fransa prezidenti Fransua Ollandın iştirakı ilə görüşüb.
“Uzun müddətdən sonra gerçəkləşəcək görüş Dağlıq Qarabağda müharibənin olacağı ehtimalları fonunda keçəcək. Hazırda cəbhədə gərginlik yüksəkdir, hər iki tərəf müxtəlif çaplı silahlarla ciddi qarşıdurmadadır. Məlumatlara görə, hər iki tərəfdən qurbanlar var”x9d, - deyə “Əl-Cəzirə”x9d yazıb.
Telekanal son olaraq qeyd edib ki, Ermənistanın 20 ildən artıq bir müddətdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğal altında saxlayır.(Publika.az )
































































































