Bir çox qüvvələr Azərbaycan-ABŞ münasdibətlərini pozmaq üçün bir sıra təxribat xarakterli hərəkətlərə yol verirlər.xa0
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov amerikalı konqresmen Kristofer Smitin Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı hazırladığı qanun layihəsinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, ABŞ-kı erməni diasporunun liderlərindən olan Aram Hambaryan xa0öz tvitter səhifəsində Kristofer Smitlə birgə şəklini açıq şəkildə paylaşıb. “Aram Hambaryan xa0sosial şəbəkədə K. Smitin bu qanun layihəsini dəstəkləməyi tövsiyyə edir. xa0Bu bir daha göstərir ki, K. Smit erməni diasporunun təsiri altında olan şəxsdir. Smit özü əvvəllər demokrat olub, sonra respublikaçı olub. O sadəcə Helsinki komissiyasınınü üzvüdür və onun bu sənədini elə də ciddiyə almaq lazım deyil. O bir QHT rəhbəri kimi şəxsdir.”x9d
O.Əsədov hesab edir ki, K. Smit bu hərəkəti ilə Azərbaycanla ABŞ arasındakı münasibətləri korlamağa çalışır: “Çox təəssüf edirəm ki, Azərbaycanda bir sıra KİV-lər xa0K.Smitin sənədini şok hadisə kimi verib. Ona görə də hesab edirəm ki, bunu şişirtməyə xa0ehtiyac yoxdur. Onun hazırladığı sənəd onsuz da Konqresdə keçməyəcək. Çünki orada Azərbaycanın da kifayət qədər dostları var. Bundan əlavə olaraq orada ədalətli mövqe tutna şəxslər var.”x9dxa0
O. Əsədov əlavə edib ki, Azərbaycan mütəmadi olaraq xa0əfv fərmanı imzalamaqla həbsdə olan insanları azad edir. xa0“Növbəti belə bir əfv fərmanı isə 31 dekbar ərəfəsində gözlənilir. Smit kimilər hesab edirlər ki, guya biz Azərbaycana təzyiq etdik və ondan sonra məhbuslar azad edildi. Və yaxud da bu yolla münasibətləri korlamağa çalışır və Azərbaycanı vadar edir ki, həmin məhbusları azad etməyək. Odur ki, bu yolla iki ölkə arasındakı münasibətləri pozmağa çalışırlar.”x9d
O.Əsədov onu da bildirdi ki, qoy buradakı jurnalistlər ABŞ-ın Azərbaycandakı səfirinə müraciət etsinlər və ondan məsələ ilə bağlı açıqlama verməyi tələb etsinlər.
Beynəlxalq münasibətlər xa0komitəsinin sədri Səməd Seyidov isə hesab edir ki, bu erməni təxribatının nəticəsidir. “K. Smit erməni diasporunun təsiri altına olan şəxsdir və o bu yolla Azərbaycan qarşı qərzəli mövqeyini nümayiş etdirir”x9d.



































































































