Fəaliyyətini dayandıran “Ayna”x9d-“Zerkalo”x9d qəzetlərinin baş redaktoru Elçin Şıxlı Moderator.az-a açıqlamasında 2016-cı illə bağlı gözləntilərini dilə gətirib. E.Şıxlı qarşıdakı illə bağlı yaxşı bir gözləntiyə malik olmadığını bildirdi:
“Doğrusu 2016-cı illə
bağlı müsbət gözləntim yoxdur. Xüsusilə də ümumi iqtisadi vəziyyətə, neftin
qiymətinin aşağı düşməsinə, Avropa institutlarının insan haqları və demokratiya
ilə bağlı Azərbaycanın üstünə gəlməsinə, ABŞ konqresinin Azərbaycana qarşı
güclü sanksiya tətbiq etmək niyyətinə görə belə bir gözləntim mövcud deyil.
Çünki bunların fonunda ölkədə demokratiya və medianın durumunun yaxşılaşacağına
zəmin yoxdur.
Medianın vəziyyətinin
yaxşılaşması üçün gərək normal iqtisadiyyat mövcud olsun. İqtisadiyyatımızın
durumu isə indi gərgindir. Sponsoru olanların da pulları bu gedişlə kəsiləcək.
Çətin bir vəziyyət yaranacaq. 2016-cı illə bağlı gözləntilərimdə ürəkaçan bir
şey yoxdur. Allah eləsin, mən dediklərimin heç biri olmasın”x9d.
Seymur Əliyev
































































































