“Onun zəhmindən adamlar yalan danışmağa ürək etməz...”x9d

Hazırda oxunan: “Onun zəhmindən adamlar yalan danışmağa ürək etməz...”x9d

111980
Tanınmış media eksperti, professor Qulu Məhərrəmli Moderator.az vasitəsilə 92 yaşına qədəm qoyması münasibətilə cümhuriyyət tariximizin bənzərsiz tədqiqartçısı və hamımızın canlı ensiklopediya hesab etdiyimiz Şirməmməd Hüseynovu təbrik edib:

"Bu gün Azərbaycan mətbuatında, publisistikasında, elmində və ictimai şüurunda professor Şirməmməd Hüseynov adı bir rəmz kimi qəbul olunur. Bir jurnalist, pedaqoq, publisist, alim və tədqiqatçı kimi onun çoxşaxəli fəaliyyətini bu keyfiyyətlər birləşdirir: prinsipiallıq, namus, vicdan və ləyaqət. Onun olduğu yerdə rüşvət almaq qorxudan heç kimin ağlına gəlməz, zəhmindən adamlar yalan danışmağa ürək etməz, əli dəyən sənədlərdə heç kim saxtakarlığa qol qoya bilməz. O, hər sahədə nümunədir: elmdə də, təhsildə də, şəxsi davranışda, ictimai əxlaqda da. Nəfsinə hakim olmağı, həqiqəti çəkinmədən deməsi, yalana qarşı durması da bir örnəkdir. Son bir neçə ildə Şirməmməd müəllim, Cümhuriyyət tariximizin və ulu öndər M.Ə. Rəsulzadə irsinin araşdırılması və təbliği ilə məşğuldur. Artıq onun ekranlarda görünməsi həsrətini çəkdiyimiz gerçək tarixin havasını yaradır. Bu səbəbdən cəmiyyət ona sevgili cümhuriyyet tariximizin, qurucu babalarımızın, həm də namuslu və vicdanlı olmağın rəmzi kimi baxır. Mən bu rəmzin uzun illər bir mayak kimi qalmasını arzulayaraq, sevimli müəllimimi və ustadımı doğum günü münasibətilə ürəkdən təbrik edirəm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin